Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

Yeni turizm portalı teqdim edilib

Posted by maliyye Fevral 15, 2008

  Məqsəd, Azərbaycanı turizm nöqteyi nəzərdən cəlbedici ölkə kimi tanıtmaq, turistlərə ölkə və onun imkanları haqqında məlumat verməkdirBu gün Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə yaratdığı turizm portalının təqdimat mərasimi keçirilib. ANS PRESS-in məlumatına görə, portal «daxili turzmin səmərəli inkişafına kömək etməklə Azərbaycan Respublikasında yoxsulluğun azadlması məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyinə İnstitusional yardım» layihəsi çərçivəsində yaradılıb. Portalın əsas məqsədi Azərbaycanı turizm nöqteyi nəzərdən cəlbedici ölkə kimi tanıtdırmaq, turistlərə ölkə və onun imkanları, həmçinin müxtəlif turizm xidmətləri haqqında məlumat vermək, onların gəlişini və qalmasını asanlaşdıran dolğun axtarış sisitemini yaratmaqdır. Bu portalda respublikanın bütün rayon və şəhərlərində fəaliyyət göstərən mehmanxana, motel və istirahət güşələri haqqında informasiya əldə etmək mümkün olacaq.
Tədbirdə qeyd edilib ki, yaradılmış portal adı çəkilən layihənin yalnız bir hissəsidir. Ümumiyyətlə, hazırda ikinci mərhələsində olan layihə Mədəniyyət və Turizm Nazirliyinə turizm sahəsində təhsil standartlarını və turizm xidmətlərinin keyfiyyətini yüksəltməyə, turizm sahəsində məşğulluq imkanlarının artırılmasına şərait yaratmağa köməklik göstərir. O, xüsusilə yeni təsis edilmiş Azərbaycan Turizm İnstitutuna turizm sahəsində təhsilin inkişaf etdirilməsində yardım göstərilməsinə, Bakı, Şamaxı, Xaçmaz, Şəki, Lənkəran, Gəncədə artıq fəaliyyət göstərən, Quba, Zaqatala, Naxçıvan Heydər Əliyev adına Beynəlxalq Hava Limanı və Bakının Qala kəndində fəaliyyətə başlayan regional turizm inkişaf mərkəzlərinin səmərəli fəaliyyəti üçün şərait yaradılmasına yönəlib.
Qeyd edək ki, portalın təqdimat mərasimində mədəniyyət naziri Əbülfəz Qarayev, BMT inkişaf proqramının Azərbaycandakı rezident nümayəndəsi Bruno Pueva, turizm şirkətlərinin nümayəndələri iştirak edirlər. /ANS PRESS/
© 2007 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.

2 Cavab to “Yeni turizm portalı teqdim edilib”

  1. Ashraf said

    Xebere gore teshekkurler.Dogrudanda turizm sahesi cox boyuk perspektivlere ve kifayyet qeder guclu infrastruktura malik bir sahedir.tekce oten 2007-ci il turizm sahesinden dovriyyede 670 mln dollar vesait olub,her il Azerbaycana gelen turistlerin sayi 15-20% artir,turizmin inkishafi uchun Azerbaycan cox boyuk potensiala malikdir

  2. Naxchiboy said

    Hmm. Azerbaycan bu sahe uzre chox shey ede biler ama ne uchun etmirik bilmirem. ilk novbede bizim denizimiz var. bu en ustun cehet. Qarabagadn bashqa Azerbaycanin her bir bolgesinde olmusam. Qax(ILISU), Qebele, Yardimli, Tovuz. Ele gozel yerleri var ki insan orda olanda bir anliq her seyi unudur. Oralarda insanin omru uzanar =)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: