Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

Sahibkarlara güzeştli kreditlerin verilmesi davam etdirilecek

Posted by maliyye Fevral 17, 2008

“Hökumət ən çox emal sənayesindəki layihələri maliyyələşdirməyə maraq göstərir”Azərbaycan hökuməti sahibkarlara güzəştli kreditlərin verilməsini bundan sonra da davam etdirəcək. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin aparat rəhbəri Samir Vəliyev məlumat verib. Vəliyevinin sözlərinə görə, mütəxəssislər ötən ilin nəticələrini təhlil edir və buna uyğun kreditləşmə müddəti ilə bağlı dəyişikliklər ola bilər. O bildirib ki, hökumət ən çox emal sənayesindəki layihələri maliyyələşdirməyə maraq göstərir: «Əsas böyük kreditlər emal müəssisələri yaradan sahibkarlara verilə bilər. Yəni onların tələbatı daha böyükdür, kapital qoyuluşları həyata keçirdikləri üçün onların böyük və uzunmüddətli vəsaitlərə ehtiyacı var. Çünki həmin sahəyə qoyulan vəsait daha gec özünü doğruldur, qaytarılır. Ona görə uzunmüddtli kreditlərə onların ehtiyacı daha çoxdur». S.Vəliyevin fikrincə, elə sahələr də var ki, onların layihələri daha az investisiya tutumludur və daha tez özünü ödəyir: «Bunlar xüsusilə xidmət sahələrində fəaliyyət göstərən şirkətlərdir»./ANS TV/ © 2007 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: