Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

Azerbaycanda çek herracları keçirilecek

Posted by maliyye Fevral 18, 2008

                                                                            mehkeme_cekic1.jpg

İlk dəfə olaraq müəssənin səhmlərinin 55 faizi birdəfəlik hərraca çıxarılacaq     Azərbaycanda qısa müddət ərzində bir neçə çek hərracı keçiriləcək. Bu gün Respublika Auksion Mərkəzində hərraclardan biri artıq başlayıb. Dövlət Əmlakının İdarəedilməsi Komitəsindən ANS-ə verilən məlumata görə, bu müəssisələrin 3-ü Yevlaxda, qalanları isə Şəki, Ucar və Salyanda yerləşir. Çek hərracına çıxarılan müəssisənin 5-i tikinti, biri isə istehsal təyinatlıdır. Bu dəfəki hərraca həmin müəssisələrin səhmlərinin 20-25 faizi çıxarılıb. Bir səhmin nominal qiyməti 2 manatdır.  

   Daha bir hərrac isə martın 10-dan 14-nə qədər keçiriləcək. Növbəti hərraca balıqçılıq, tikinti və gəmiqayırma sahələri üzrə 13 müəssisənin səhmləri çıxarılacaq. Həmin müəssisələrin bunların 5-i Bakıda yerləşir. Növbəti hərracda müəssisələrin səhmlərinin 10 faizdən 55 faizə qədəri hərraca çıxarılacaq. İlk dəfədir müəssənin səhmlərinin 55 faizi birdəfəlik hərraca çıxarılır.     Xatırladaq ki, müəssisənin səhmlərinin 15 faizi əmək kollektivinə satılır, 30 faizi pullu hərracda, qalan 55 faizi isə çek hərracında satılmalıdır. İndiyədək keçirilmiş çek hərraclarında 1450-ə qədər səhmdar cəmiyyətin səhmləri hərraca çıxarılıb. İndi qara bazarda 1 özəlləşdirmə çeki 18-19 manata satılır. /ANS TV/© 2007 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: