Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

Burqas sakinleri Burqas-Aleksandropolis neft kemerinin tikintisine qarşı çıxıblar

Posted by maliyye Fevral 18, 2008

                                                                     burqas_aleksandropolis.jpg

Bu kəmər Amerikanın Bakı-Tiflis-Ceyhan marşrutuna Rusiyanın alternatividirBolqar şəhəri olan Burqasda keçirilən bələdiyyə referendumunun nəticələrinə görə, seçkidə iştirak edənlərin əksəriyyəti Burqas-Aleksandropolis neft kəmərinin tikintisinin əleyhinə səs veriblər. Bu barədə FocusNews agentliyi məlumat yayıb. Bülletenlərin hesablanmasının nəticələrinə görə, seçicilərin cəmi 3,25 faizi neft kəmərinin lehinə səs verib. 96,75 faiz isə neft infrasturkturunun inşasına qarşı çıxıb.
Burqas –Aleksandropolis neft kəməri qismən bolqar şəhəri olan Burqasın bələdiyyə ərazisindən keçməli imiş. Məsələ yerli camaatın maraqlarına toxunduğuna görə, hakimiyyət referendum keçirmək qərarına gəlib. Yerli əhali isə Moskvanın, Bolqarıstan və Yunanıstan hökumətinin dəstəklədiyi neft kəmərinə qarşı çıxıb.
Qeyd edək ki, bu layihənin əsas üstünlüyü ondadır ki, Rusiya xammalı Bosfor və Dardanel boğazlarından yan keçərək Bolqarıstan və Yunanıstan vasitəsilə Aralıq dənizinə çıxarılacaq. Bu isə Rusiya tankerlərinin keçid vaxtını maksimum azaldaraq rus neftinin Aralıq dənizi akvatoriyasına çatmasına və buradan Avopa, Amerika və Sakit Okeanı ölkələrinə göndərilməsinə imkan yaradacaq. Faktiki olaraq bu, Amerikanın Bakı-Tiflis-Ceyhan marşrutuna Rusiyanın alternatividir. /ANS PRESS/© 2007 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: