Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

Macarıstanda İlham Eliyevin iştirakıyla biznes forum keçirilib

Posted by maliyye Fevral 19, 2008

                                                                   ilham_alyev.jpg

Macar iş adamlarına Azərbaycanın iqtisadi imkanları və investisiya mühitiylə bağlı ətraflı məlumat verilibPrezident İlham Əliyevin Macarıstana səfəri davam edir. Bu gün ölkə başçısını müşayiət edən iş adamlarının və macar sahibkarların iştirakıyla biznes-forum keçirilib. Macar iş adamlarına Azərbaycanın iqtisadi imkanları və investisiya mühitiylə bağlı ətraflı məlumat verilib. ANS PRESS-in Budapeştə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, Macarıstan prezidenti Laslo Şoyom hökumətlər arasında iqtisadi komissiyanın yaradılmasının vacibliyini vurğulayıb. O, ölkəsinin neft və qaz resurslarının Macarıstan ərazisindən nəqlində maraqlı olduğunu bildirib. Ona gördə də ölkəsinin NABUKKO qaz layihəsinə marağı olduqca böyükdür. Prezident onu da bildirib ki, ölkələr arasında mal dövriyyəsi artıb, lakin bu, istənilən səviyyədə deyil. Çünki bu məsələdə böyük perspektivlər var. Öz çıxışında prezident İlham Əliyev də bildirb ki, bu günki forum göstərib ki, ölkələr arasında əməkdaşlıq üçün böyük potensial var. İ. Əliyev qeyd edib ki, ötən gün aparılan danışıqlar gələcəkdə əməkdaşlığın inkişaf istiqamətlərini müəyyən edib. “Bizim siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. Xüsusilə də enerji sahəsində başlanan əməkdaşlıq ümidvericidir”. Dövlət başçısı söyləyib ki, Azərbaycan neft və qazını Avropa bazarına çıxarır və hasilat gündən-günə artacaq. “Bu isə imkan verəcək ki, milli maraqlarımızı təmin edək və əlbəttə ki, dostlarımızla bu istiqamətdə əməkdaşlığı artıraq”.

Prezident çıxışında həmçinin bildirib ki, Azərbaycanın siyasəti regionun inkişafına və regionda sülhün bərqərar olmasına yönəlib. Dövlət başçısının sözlərinə görə, Azərbaycanda qeyri-neft sektoruna da böyük diqqət yetirilir. “Ölkəmizin artan maliyyə imkanları imkan verir ki, qeyri-neft sektorunda güclü inkişaf getsin”. İ. Əliyev qeyd edib ki, Avropa bankının hesablamalarına görə, qarşıdan gələn 15 ilə Azərbaycan 200 milyard dollar gəlir əldə edəcək. ” Azərbaycan investisiyalara açıq dövlətdir və ölkəmizə bu günədək 10 milyarddan artıq xarici investisiya qoyulub. Ölkəmizə qoyulan xarici investisiyalar yaxşı qorunub”. Odur ki, İ. Əliyev macarıstanlı iş adamlarını Azərbayacana investsiya yatırmağa dəvət edib. Onun sözlərinə görə, ölkəmizdə yaradılan dövlət investisiya şirkətinin əsas məqsədi xarici investisiya qoymaqdır. “Azərbaycanda artıq bu işə başlanıb. Azərbaycan şirkətləri xarici ölkələrə kifayət qədər yatırımlar edib”, deyə İ. Əliyev qeyd edib.

© 2007 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: