Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

Neftin qiymeti yeni rekordunu vurub

Posted by maliyye Fevral 20, 2008

                     neft.jpg

Nyu-York birjasında neftin bareli 5 faizə qədər bahalaşaraq 100 dollar 10 sent olub    Dünya bazarında neftin qiyməti yeni rekordunu vurub. Ötən gün Nyu-York birjasında neftin bareli 5 faizə qədər bahalaşaraq 100 dollar 10 sent olub. Amma birja bağlanarkən neftin qiyməti yenidən 99 dollara düşüb. Bahalaşma Azərbaycan neftinin də qiymətinə təsir edib.
Ötən gün Azəri Layt markalı neft 3 faizə qədər bahalaşaraq 98 dollar 53 sent olub. Bu isə neftin 50 dollarlıq büdcə qiymətindən təxminən 2 dəfə çoxdur.
    Blumberq agentliyinin məlumatına görə, bahalaşmaya OPEK-in mart ayında hasilat kvotasını artırmayacağı barədə xəbərlər və Birləşmiş Ştatlardakı neft emalı zavodlarının birində baş verən yanğın olub. Yanğın nəticəsində zavodun işi 2 ay müddətinə dayandırılıb. Neftin bahalaşmasına psxoloji amillər də təsir edib. Hətta bəzi şirkətlər bahalaşmanı görüb neft ixracını azaldıblar. Məsələn Rusiyanın Lukoyl şirkəti qiymətlər sabitləşənədək Almaniyaya neft satışını müvvəqəti dayandırıb. /ANS TV/© 2007 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.

Bir Cavab to “Neftin qiymeti yeni rekordunu vurub”

  1. Ashraf said

    Xebere gore minnetdaram.Neft Azerbaycanin en onemli servetidir,qiymetinin qalxmasi dovlete ve xalqa xeyirdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: