Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

Azerbaycan keçen il iqtisadi inkişaf tempine göre qabaqcıl ölkelerden biri olub

Posted by maliyye Fevral 20, 2008

2007-ci ildə iqtisadiyyatın artım tempi 30 faizə çatıb

Ötən il Azərbaycan iqtisadi inkişaf tempinə görə, Mərkəzi və Şərqi Avropa, eləcə də MDB-yə daxil olan ölkələri üstələyib və iqtisadi inkişaf üzrə lider ölkəyə çevrilib. Avropa yenidənqurma və inkişaf bankının keçid dövründə islahatların gedişi və iqtisadi inkişaf üzrə açıqlanan hesabatında bildirilir ki, 2007-ci ildə iqtisadiyyatın artım tempi 30 faizə çatıb və 2008-ci ildə onların stabil səviyyədə – 25 faiz səviyyəsində qalacağı proqnozlaşdırılır. Lakin regionda inflyasiyanın artım tempinin gözlənilən enişinə baxmayaraq, Azərbaycanda istehlakçı qiymətlərinin indeksi 2008-ci ildə, 16 faizə qalxacaq.

Qeyd edək ki, 2006-ci ildə bu göstərici 8,3 faiz olub. Ötən ilin yekunu üzrə inflyasiya 16,7 faiz təşkil edib. Hazirki sənəddə son zamanlarda dünyanın maliyyə bazarlarında baş verən proseslərin regionun iqtisadi inikşafına təsir qiyməti göstərilib. Statistika komitəsində deyirlər ki, yanvarda Azərbaycanda iqtisadi artım 11,3 faiz təşkil edib. Bu ilin yanvar ayı ərzində Azərbaycanda 2 286 mln. manatlıq ümumi daxili məhsul istehsal edilib ki, onun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz və yaxud müqayisəli qiymətlərlə 200,7 mln. manat artıb.

Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 10 faiz artaraq 268,5 manata çatıb. Qurumun araşdırmalarına əsasən yanvar ayında iqtisadiyyatın istehsal sahələrində yaradılmış əlavə dəyərin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 11,9 faiz artaraq ümumi daxili məhsulun 72,4 faizini təşkil edib və əsas hissəsi 65,8 faizi sənayenin payına düşüb. Xidmət sahələrinin ümumi daxili məhsulda xüsusi çəkisi isə keçən ilki 23,9 faizdən 22 faizə düşüb.

© 2007 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: