Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

Azerbaycanın iki böyük neft bloku rus investorları terefinden alınıb

Posted by maliyye Fevral 24, 2008

qutseriyev_24.jpg
Artıq bütün huquq prosedur qaydalar başa çatıb
Azərbaycanın iki böyük neft bloku rus investorları tərəfindən alınıb. ‘Rusneft’ neft şirkətinin keçmiş rəhbəri Mixail Qutseriyevin strukturu olan Qlobal İnvestment enerji Azərbaycanda iki neft blokunun işlənməsi üzrə lisenziyaya sahib olan Kanadanın Neyşnıl Co.Ltd şirkətinin payını alıb. İnterfaks informasiya agentliyinin verdiyi məlumata görə, artıq bütün hüquqi prosedur qaydalar başa çatıb.
Qlobal İnvestment şirkəti Mişovdağ-Kəlaməddin blokunun operatoru olan Karasu Operatinq Kompaniy şirkətinin səhmlərinin 85 faizini o, cümlədən Padar Hərami blokunun operatoru olan Kura olan Kura Valley Operatinq Kompani şirkətinin səhmlərinin 80 faizini alıb. Qlobal İnvestment Enerji bu şirkətlərinin tamhüquqlu sahibidir. Digər əməliyyat şirkətlərinin yerdə qalan payları Azərbaycan Dövlət Neft Şirkətinə məxsusdur.

Xatırladaq ki, Mixail Qutseriyev iyulda “Rusneft” şirkətinin bütün səlahiyyətlərindən imtina etdiyini və bütün biznes-layihələrindən çıxdığını bəyan etmişdi. Bundan əvvəl “Rusneft”dən Mixail Qutseriyevin Rusiya Federasiyası ərazisində elmi fəaliyyətlə məşğul olmaq niyyəti barədə açıqlama verilmişdi. Qeyd edək ki, ötən ilin avqustunda məhkəmə Qutseriyevin qiyabi həbs olunması barədə sanksiya verib. Hazırda o, beynəlxalq axtarışdadır. Bundan başqa “Rusneft”in strukturuna Azərbaycandakı Hövsan-Zığ yataqları blokunun işlənməsinə dair müqavilənin 75 faizi, eləcə də Binəqədi yatağının işlənməsi üzrə müqavilədəki pay daxildir. Qeyd edək ki, Hovsan-Zığ yatağının sənaye qalıq ehtiyatlarının həcmi 12 milyon ton neftdir.

Xatırladaq ki, Zığ yatağı 1935-ci ildə kəşf olunub, orada hasilatın həcmi sutkada 25 ton neft və 20 min kubmetr qazdır. Hövsan yatağı isə 1948-ci ildə kəşf olunub. Hazırda oradan sutkada 260 ton neft və 90 min kubmetr qaz çıxarılır. Ümumi sahəsi 4,3 min hektar olan “Binəqədi” müqavilə blokuna 8 yataq daxildir. Bunlar Binəqədi, Girmaki, Caxnaklar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Siansor yataqlarıdır. Bu yataqların ümumi geoloji ehtiyatları 132 milyon, çıxarılan ehtiyatlar isə 12,8 milyon ton neftdir. Mişovdağ və Kəlaməddin yataqlarının müqavilə sahəsi 446 kv km-dir. Kəlaməddin yatağında neft qalıq ehtiyatları 14,5 milyon ton, çıxarılan ehtiyatlar 4,5 milyon tondur. Mişovdağ yatağında neftin qalıq ehtiyatları 43,8 milyon ton, neftin çıxarılan ehtiyatları 5,4 milyon tondur. Qeyd edək ki, yataq Azərbaycanın cənub-qərb hissəsində Bakıdan 150 km aralıda yerləşir. Padar Hərami bloku Mişovdağ-Kəlaməddinlə qonşuluqda yerləşir. Padar-Hərami strukturunun müqavilə sahəsi 1,5 min kv metr təşkil edir.

© 2007 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: