Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

Azerbaycanda iri dövlet müessiseleri leng özelleşdirilir

Posted by maliyye Fevral 25, 2008

ayib-loqo.jpg 

 Sabah Bakıda Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) «Keçid dövründə yaşayış» adlı           hesabatının təqdimetmə mərasimi keçiriləcək  Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) «Keçid dövründə yaşayış» adlı araşdırma aparıb. Araşdırma Dünya Bankı ilə birlikdə 29 ölkədə keçirilib. Fermer və fəhlələrdən tutmuş evdar qadınlara qədər müxtəlif sosial təbəqələrin nümayəndələri arasında sorğu keçirilib. Məqsəd keçid dövrünün bu insanların yaşayış tərzinə təsirini öyrənməkdən ibarətdir.


Ölkələrdə müxtəlif sahələr üzrə inkişaf 1-dən 4+-dək rəqəmlərlə qiymətləndirilib. «1» o deməkdir ki, bu ölkə planlı iqtisadiyyatdan qətiyyən uzaqlaşa bilməyib.4+ isə həmin ölkədə inkişaf etmiş dövlətlər üçün xaraketik standartların tətbiqinin göstəricisidir.
Hesabatda deyilir ki, 2007-ci ilin nəticələrinə görə, Azərbaycanda Ümümi Daxili Məhsulda özəl sektorun payı 75 faiz təşkil edir. Ölkəmizdə iri dövlət müəssisələrinin özəlləşdirilməsi sahəsində vəziyyət 2, kiçik müəssisələrin özəlləşdirilməsi 4-, müəssisələrdə struktur və idarəetmə islahatları 2, qiymətlərin sərbəstləşdirilməsi 4, xarici ticarət və valyuta sistemi 4, antiinhisar tədbirləri 2, bank islahatları və faiz dərəcələrinin liberallaşdırılması 2+, fond bazarları və qeyri-bank maliyyə təşkilatları 2-, infrakstuktur islahatları 2 balla qiymətləndirilib. Azərbaycanla bağlı xüsusi hissədə bildirilir ki, ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün şərait çətindir. İnhisar rəqabətin inkişafına mane olur. Hesabatda bildirilir ki, Azərbaycanda iri dlövlət müəssisələrinin özəlləşdirilməsi prosesi ləng aparılır: «Bununla belə müəssisələrin yaradılması və lisenziyalaşdırılmasının asanlaşdırılması üçün «Bir pəncərə» sistemi yaradılıb və investisiya fəaliyyəti ilə bağlı qanun layihəsi parlamentin müzakirəsindədir. Antiinhisar haqqında qanun da qəbul olunma mərhələsindədir və birinci oxunuşdan keçib. Korrupsiya əleyhinə qanunvericiliyin təkmilləşdirilməsində də inkişaf mövcuddur».

© 2007 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. 

Bir Cavab to “Azerbaycanda iri dövlet müessiseleri leng özelleşdirilir”

  1. Ashraf said

    Xebere göre minnətdaram.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: