Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

Bakı banklarının bir-birlerinden götürdüyü kredit rekord hedde çatıb

Posted by maliyye Fevral 26, 2008

milli_bank.jpg

Dünya bankalarından kredit götürən banklar artıq bu borcu qaytarmaq üçün daxili banklardan kredit tapırlarDünən Bakı banklararası valyuta birjasında banklar bir-birlərindən rekord həcmdə kredit götürüblər. Birjadan verilən məlumata görə, fevralın 25-də banklar arasında ümumi məbləği 12 milyon 300 min manat olan 3 kredit müqaviləsi bağlanıb. Beləliklə birjada bir gün ərzində alınan kreditlərin həcmi 2003, 2004 və 2005-ci il üzrə kreditlərin ümumi məbləğindən artıq olub. Amma ən maraqlısı kreditlərin məğbləği yox, banklararası kredit bazarında belə vəziyyətin səbəbləridir.

Birjada deyirlər ki, kreditlərin belə böyük olması ölkənin maliyyə-kredit bazarında yaranmış yeni vəziyyətin nəticəsidir. Məsələ bundadir ki, indiyədək ölkə bankları özlərinin pula olan tələbatını xaricdən alınan kreditlər hesabına təmin edirdilər. Xaricdə və Azərbaycanda kredit faizlərinin fərqi böyük olduğundan banklar bundan böyük həvəslə istifadə edirdilər. Buna görə də ölkə daxilində banklar arasında iri kreditlərin götürülməsinə ehtiyac yox idi.

Amma ötən ilin ortalarında Amerikadakı ipoteka böhranı və bundan sonrakı hadisələrdən sonra həm xaricdən kredit götürmək çətinləşib, həm də xaricdəki kreditlərin faiz dərəcələri yüksəlib. Ölkədə kreditlərə tələbatın böyük sürətlə artması isə bankları təcili surətdə yeni vəsaitlər cəlb etməyə vadar edib. Yeri gəlmişkən, bu kreditlərin böyük hissəsi ticarətə yönəlib. Nəticədə banklar daxili bazardan, yəni digər banklardan kredit götürməyə başlayıblar. Qeyd edək ki, manatla kreditlər illik 13,5 faizlə, dollarla kreditlər isə 15,5 faizlə götürülüb.

Kredit bazarının canlanmasının bir səbəbi də odur ki, vaxtilə xaricdən kredit almış bəzi bankların indi hənmi krediti qaytarması vaxtı çatıb və həmin banklar bunun üçün pulu daxili bazardan tapırlar. Maraqlı da odur ki, kredit bazarında böyük banklar borc verən kimi yox, borc alan kimi, iştirak edirlər və lazım olan pulu daha kiçik banklardan pul götürürlər. Kredit bazarında iştirakçıların sayının artması isə buna imkan verir.

Məsələn bazardakı əməliyyatlara Milli bankdan yenicə lisenziya almış Paşabank və Avrasiyabank da fəal qoşulub. İndi bazarda kredit verən banklar əvvəllər bu pulu dövlət qiymətli kağızlarına, yəni qısamüddətli istiqrazlara və Milli Bankın notlarına qoyurdular. İndi kredit bazarında faiz dərəcələri bu kağızların gəlirliliyindən artıq olduğuna görə, banklar bu pulları kredit verməyə başlayıblar.

© 2007 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: