Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

“İslam maliyyesi ve onun Azerbaycanda perspektivleri” mövzusunda seminar keçirilib

Posted by maliyye Fevral 27, 2008

islam-inkisaf-banki.jpg

Seminarda İslam iqtisadiyyatının digər iqtisadiyyatlara tətbiqi məsələsi müzakirə olunubBu gün Bakıda Azərbaycan İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Marketinq Cəmiyyəti və İslam İnkişaf Bankının təşkilatçılığı ilə “İslam maliyyəsi və onun Azərbaycanda perspektivləri” mövzusunda beynəlxalq seminar keçirilib. Seminarda İslam iqtisadiyyatının digər iqtisadiyyatlara tətbiqi məsələsi müzakirə olunub.


Dünyada şəriət qanunlarıyla işləyən banklar sürətlə artmaqdadır. Hər il İslam prinsipi ilə işləyən bankların kapitalı 15-20 faiz böyüyür və indi belə bankların ümumi kapitalı 500 milyard dolları keçib. Bununla bağlı İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi Mahir Hümbətovun sözlərinə görə, İslam bankçılığından təkcə İslam dövlətləri yox, xristian ölkələri də yararlanır: “Ümumilikdə şəriət qaydalarıyla işləyən banklar 90 ölkədə fəaliyyət göstərir”.
İslam iqtisadiyyatının digər iqtisadiyyat formalarından fərqləndiyini bildirən İqtisad Universitetinin professoru Məhəmmədhəsən Meybullayev deyib ki, belə iqtisadiyyatın əsas məqsədi yoxsulluğun aradan qaldırılması və könüllü sədəqənin verilməsidir. İslam iqtisadiyyatında sahibkarlar üçün bərabər şəraitin yaradılması vacibdir. Universitet nümayəndəsinin sözlərinə görə, Azərbaycanda da bu prinisiplərdən istfadə olunması və ümumiyyətlə faiz dərəcələrindən tədricən imtina olunması mümkündür.
Tədbirdə çıxış edən marketinq cəmiyyətinin icraçı direktoru Fuad Əliyev deyib ki, İslam iqtisadiyyatının təməl prinsiplərindən biri də sosial ədalətin təmin olunmasıdır. Sosial ədalətin əsas şərtlərindən biri isə birinin digərindən üstün olmamasıdır. Bundan başqa qanunun aliliyi, bərabərlik, ədalət və sərvətin bölüşdürülməsi İslam iqtisadiyyatında əsas yeri tutur./ANS TV/
© 2007 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: