Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

PALMALİ daha 2 tankerin inşası üçün müqavile bağlayıb

Posted by maliyye Mart 1, 2008

palmali_01_02_08.jpg

Dedveyti 13470 ton olan iki tanker “Krasnoe Sormovo” zavodunda inşa olunacaqPALMALI Şirkətlər Qrupu “Krasnoe Sormovo” (Nijniy Novqorod ş.) gəmiqayırma zavodu ilə dedveyti 13470 ton olan iki tankerin inşası haqda müqavilə imzalayıb. Bu tankerlər adı çəkilən zavodda inşa olunacaq bu seriyadan olan sayca 4-cü və 5-ci gəmilər olacaq.

PALMALİ-nin Bakı ofisinin mətbuat xidmətinin verdiyi açıqlamaya görə, bu iki tankerin təhvil verilməsi 2009-cu ilin oktyabr-noyabr aylarına planlaşdırılır. Bununla yanaşı, daha əvvəl imzalanmış müqaviləyə uyğun olaraq “Krasnoe Sormovo” zavodu 2008-ci ildə PALMALİ Şirkətlər Qrupu üçün dedveyti 7008 ton olan 5 tanker və 2009-cu ildə isə daha 5 tanker inşa etməlidir.

Xatırladaq ki, “Ağdaş” və “Masallı” adlanan ilk iki tanker PALMALİ şirkətinə 2007-ci ildə təhvil verilmişdi. Üçüncü tankerin tikintisi bu ilin yazında başa çatacaq. Tankerin layihəsi Odessa şəhərinin “Dəniz Mühəndisliyi Bürosu” tərəfindən hazırlanıb və beynəlxalq konvensiyaların bütün tələblərinə cavab verir. Müasir konstruktiv təkmilləşdirmələr tətbiq olunan tanker bütün beynəlxalq ekoloji standartlara uyğundur.

 © 2007 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: