Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

«Azerbaycan qeyri-neft sektorunun inkişafına xüsusi önem vermelidir»

Posted by maliyye Mart 4, 2008

erik-berglof_ayib.jpg

Avropa Yenidənqurma və İnkişaf Bankının baş iqtisadçısı Erik Berqlof: “İş adamları üçün bərabər şərait yaradılmalıdır”

    “İqtisadi artım tempinə görə son illər dünyada liderlik edən Azərbaycan qeyri-neft sektorunun inkişafına xüsusi önəm verməlidir”. Bunu Avropa Yenidənqurma və İnkişaf Bankının baş iqtisadçısı Erik Berqlof deyib. o qeyd edib ki, rəsmi Bakı əsasən neft bumundan sonrakı dövrə hazırlaşmalıdır. «Neftlə zəngin bəzi ölkələrin təcrübəsi göstərir ki, bir müddətdən sonra neft ixracı azalanda və ya qiymət aşağı düşəndə iqtisadi tənəzzül başlanır», – deyə iqtisadçı vurğulayıb.

    O, starteji-taktiki işlərin indidən aparılmasını təklif edib. Berqlofun sözlərinə görə, hər bir iş adamı üçün bərabər şərait yaradılmalıdır. «Azərbaycan hökumətinin əsas məqsədlərindən biri inflyasiyanı 1 rəqəmli həddə saxlamaq olmalıdır. Hökumət 12-13 faizlik bahalaşma proqnozlaşdırır, biz bu rəqəmin 16 faizdən az olmayacağını gözləyirik. Burda xarici amillərin də payı böyükdür. Ərzağın bahalşması bütün dünya üçün problem yaradıb. Amma daxili amilləri, xüsusən də rəqabətin zəif olmasının qiymətə təsirini yaddan çıxarmaq olmaz».     Tikinti sektorunda inkişafı və ölkədə bahalı maşınların çoxluğuna xüsusi diqqət yetirən avropalı nümayəndə onlardan əhalinin cüzi bir hissəsinin faydalandığını bildirib. «İqtisadi siyasət elə qurulmalıdır bu sərvətlər böyük bir qrup üçün əlçatan olsun», – deyə Erik Berqlof əlavə edib.     O, həmçinin, nəzarət və tənzimləyici qurumların fəaliyyətinin gücləndirilməsini zəruri sayır. Azərbaycan tərəfi isə bu sahədə işlərin davam etdirildiyini bəyan edib. /ANS TV/ © 2007 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: