Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

«Folkvagen» İsveçin «Skaniya» şirketindeki payını 31 faiz artırıb

Posted by maliyye Mart 4, 2008

folkvagen.jpg

Yeni səhmlər almanlara 3 milyard avroya başa gəlibAvropada yük avtomobilləri istesal edən əsas şirkətlərdən biri «Skaniya» almanların nəzarəti altına keçib. Belə ki, Almaniyaya məxsus «Folksvagen» şirkəti yük avtomobilləri və avtobus istehsalı edən İsveçə məxsus «Skaniya»ya qoyduğu kapitalın həcmini genişləndirib. «Folksvagen» səhmlərini 38 faizdən 69 faizə çatdırıb.

Sözügedən şirkət investor və vallenberq fondunun «Skaniya»dakı hissələrini almaq üçün 3 milyard avro xərcləyib. İsveç şirkətinin prezidenti Leyf Ostlinq mətbuat konfransındla bəyan edib ki, o, «Folksvagen»in əsas səhmdara çevrilməsini alqışlayır: «Bizim birlikdə böyük gələcəyimiz var. Biz bir-birimizdən əvvəlki rejimdən fərqli olaraq indi texnologiya sahəsində əməkdaşlıq edə bilərik».

Yeri gəlmişkən, «Ostlinq» şirkəti ötən il Almaniyaya məxsus, «Folsksvgen»in nəzarətində olan yük avtomobili istesal edən «Mən»in səhmləri almasına qarşı çıxmışdı. İndi isə «Skaniya» və «Mən» bütün şansları birləşdirərək Avropada yük avtomobili istehsal edən əsas fiqurlara çevriləcək.

Qeyd edək ki, yük avitomobilləri bazarında indiki lider İsveç «Volvo» şirkəti 23 faiz, ikinci yerdə olan «Mersedes» 22 faizə nəzarət edir. «Skaniya» və «Mən»in birləşməsindən sonra onlar 25 faiz paya sahib olacaq. Şirkətlərin birləşmə ideyası il yarım əvvəl meydana gəlsə də, «Mən»in ilk cəhdi uğursuz olub. İsveçlər bunun əleyhinə çıxaraq öz müstəqilliyini saxlamaq istəyirdi. Nəhayət ki, problem danışıqlar yolu ilə həll edilib. /ANS TV/© 2007 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: