Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

AYİB resmisi Azerbaycanı qeyri-neft sektorunun inkişafına önem vermeye çağırıb

Posted by maliyye Mart 4, 2008

dollar3.jpg

Avropa Yenidənqurma və İnkişaf Bankının baş iqtisadçısı Erik Berqlof hesab edir ki, rəsmi Bakı neft bumundan sonrakı dövrə hazırlaşmalıdırİqtisadi artım tempinə görə son illər dünyada liderlik edən Azərbaycan qeyri-neft sektorunun inkişafına xüsusi önəm verməlidir. Avropa Yenidənqurma və İnkişaf Bankının baş iqtisadçısı Erik Berqlof hesab edir ki, rəsmi Bakı neft bumundan sonrakı dövrə hazırlaşmalıdır.

Neftlə zəngin bəzi ölkələrin təcrübəsi göstərir ki, bir müddətdən sonra, məsələn neft ixracı azalanda və ya qiymət aşağı düşəndə iqtisadi tənəzzül başlanır. Bunu nəzərə alan Erik Berqlof starteji-taktiki işlərin indidən aparılmasını təklif edir. O hesab edir ki, gələcəkdə də inkişaf templərinin qorunub saxlanması üçün islahatlar davam etdirilməlidir. Söhbət rəqabət qabiliyyətinin artırılmasından və sahibkarlıq mühitinin maksimum yaxşılaşdırılmasından gedir.

E.Berqlof hesab edir ki, hər bir iş adamı üçün bərabər şərait yaradılmalıdır. Baş iqtisadçının sözlərinə görə, Azərbaycan hökumətinin əsas məqsədlərindən biri inflyasiyanı 1 rəqəmli həddə saxlamaq olmalıdır: «Hökumətdə 12-13 faizlik bahalaşma proqnozlaşdırır, biz bu rəqəmin 16 faizdən az olmayacağını gözləyirik. Düzdür, burada xarici amillərin də payı böyükdür. Ərzağın bahalaşması bütün dünya üçün problem yaradıb. Amma daxili amilləri, xüsusən də rəqabətin zəif olmasının qiymətə təsirini yaddan çıxarmaq olmaz».

Tikinti sektorunda inkişafı və ölkədə bahalı maşınların çoxluğuna xüsusi diqqət yetirən avropalı bankir, onlardan əhalinin cüzi bir hissəsinin faydalandığını bildirib. Onun fikrincə, iqtisadi siyasət elə qurulmalıdır bu sərvətlər böyük bir qrup üçün əlçatan olsun. Biznes mühitinin yaxşılaşması istiqamətində hökumətin səylərini müsbət qiymətləndirən Avropa Bankının nümayəndəsi nəzarət və tənzimləyici qurumların fəaliyyətinin gücləndirilməsini zəruri sayır.

Azərbaycan tərəfi isə bu sahədə işlərin davam etdirildiyini bəyan edir. Rəqabət məcəlləsinin və yeni sığorta qanunu Milli Məclisdə müzakirə olunur, eləcə də dünya ticarət təşkilatına üzvlüklə bağlı qanunvericiliyə əlavə və dəyişikliklər islahatların əsas xəttini təşkil edir. Üstəlik təkcə bu il büdcədən investisiya layihələrinə 2,4 milyard manat vəsait ayrılıb. Sahibkarların güzəştil kreditlərlə təminatı da davam etdirilir. Qiymət artımının qarşısını almaq üçün Milli Bank sərt pul-kredit siyasətini davam etdirir. /ANS TV/© 2007 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. 

2 Cavab to “AYİB resmisi Azerbaycanı qeyri-neft sektorunun inkişafına önem vermeye çağırıb”

  1. aynur said

    ele bizim layhe mehz bu meselenin hellinde gencleri dusunmeye ve yeni fikirler tapmaga cagirir bizde bunu isteyirik

  2. zaur said

    superdir

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: