Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

Qızılın ve neftin qiymeti artmaqda davam edir

Posted by maliyye Mart 4, 2008

neft_qizil.jpg

Ekspertlər buna birjalarda Amerika dollarının ucuzlaşması ilə izah edirlər

    Qızılın bahalaşması davam edir. Təkcə bu gün birjalarda qiymətli metal 2 faizə yaxın bahalaşıb. İndi 31 qram qızıl 989 dollara və ya qramı 31,9 dollara satılır.
Həftənin ilk günü neft qızıldan da çox bahalaşıb. Qara qızılın bir bareli yenə də 102 dollardan yuxarı satılıb. Azərbaycan neftinin barelinin qiyməti 102 dollar 64 sent təşkil edir. Bütün bunlara səbəb Amerika dollarının ucuzlaşmasıdır. Günün sonuna 1 avro 1 dollar 52 sentdən də baha dəyişdirilib.

    Birləşmiş Ştatların 3-cü böyük bankı «GP Morqan» 2008-ci ildə neftin orta qiymətinin 76-77 dollar civarında dəyişəcəyi barədə proqnoz açıqlayıb. Qurumun ekspertləri hesab edir ki, Amerika iqtisadiyyatındakı tənəzzül enerji daşıyacalarına olan tələbatın azalması ilə nəticələnəcək ki, bu da birjalara ciddi təsir göstərəcək. 2009-cu ildə isə Brent markalı qara qızıl orta hesabla 70 dollara satılacaq. Bunu əsas gətirən OPEK-ə üzv ölkələr hasilat kvotasına yenidən baxmaq niyyətində olmadıqlarını açıqlayıblar./ANS TV/© 2007 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: