Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

Neft ve qazın dünya qiymetleri Bakıda müzakire olunub

Posted by maliyye Mart 11, 2008

qaz.jpg Neft və qazın dünya qiymətləri Bakıda müzakirə olunubBəzi ekspertlər qazın qiymətinin neftə əlaqələndirilməsini təklif ediblər.Dünyada neft və qazın qiymətləri bu gün Bakıda neft və qazın qiymətlərinin və tariflərinin formalaşdırılması mövzusunda keçirilən beynəlxalq seminarda müzakirə olunub. Məlum olub ki, indi neft və qaz ixracatçıları daha çox qazın qiymətindən narahatdırlar.

 Neftin qiyməti birjada formalaşsa da, qazın qiyməti müqavilələrlə və uzunmüddətli dövr üçün tənzimlənir. Bəzi ekspertlər qazın qiymətinin neftlə əlaqələndirilməsini təklif ediblər. Beynəlxalq ekspertlər bildiriblər ki, yanacağın qiyməti bundan sonra da qalxacaq, amma qiymətlərin hansı həddə qədər bahalaşacağını proqnozlaşdırmaq çətindir. İndi neftin qiymətinə tələb və təklifdən başqa, siyasi və hərbi proseslər, eləcə də möhtəkirlik halları təsir edir. İndi ekspertlər qaz satışı üzrə yeni mexanizmlər üzərində işləyirlər. Azərbaycan Dövlət Neft Şirkətindən isə bildiriblər ki, yaxın illərdə ixrac olunacaq qaz ən yüksək qiymətlərlə satılacaq. /ANS TV/© 2007 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: