Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

Azerbaycan İrana olan elektrik borclarını aprel ayında qaytaracaq

Posted by maliyye Mart 13, 2008

bayraq_iran.jpgAzərbaycan İrana olan elektrik borclarını aprel ayında qaytaracaq

Rəsmi Bakı borcun qalan hissəsini maliyyə vəsaiti ilə ödəmək istəsə də, İran bundan imtina edibAzərbaycan aprel ayında elektrik enerjisi ilə bağlı İran İslam respublikasına olan borclarının qaytarılmasını bərpa edəcək. Bu barədə “Azərenerji” SC-nin vitse-prezidenti Marlen Əsgərov məlumat verib.

Vitse-prezidentin sözlərinə görə, borcla əlaqədar qalıq həcm 200 milyon kilovat saatdan çoxdur. Cənab Əsgərov həmçinin əlavə edib ki, Azərbaycan 400 milyon kilovat saat həcmində borcun qaytarılması üçün hər gün İrana 1,5-1,7 kilovat saat elektrik enerjisi tədarük edir.

Qeyd edək ki, borcun geri qaytarılması yanvarda dayandırılıb. “Azərenerji” SC-dən verilən məlumata görə, İrandan Azərbaycana tədarük hesabına Naxçıvan Muxtar Respublikası elektrik enerjisi ilə təmin edilir. Qeyd edək ki, Azərbaycan İrandan yalnız qış dövründə elektrik enerjisində kəsir yarandığı təqdirdə enerji alır. Yayda isə İranda kəsir müşahidə olunduğu zaman elektrik enerjisini geri qaytarır.

Marlen Əsgərov həmçinin əlavə edib ki, ölkələr arasında imzalanmış sazişə görə, əgər Azərbaycan il ərzində elektrik enerjisinin bütün həcmini geri qaytara bilməsə, rəsmi Bakı borcun qalan hissəsini maliyyə vəsaiti ilə ödəməlidir. Lakin İran, borcun pulla qaytarılmasından imtina edib. Buna görə də borc elektrik enerjisi ilə qaytarılacaq. “Azərenerji” səhmdar cəmiyyətindən verilən məlumata görə, İrana elektrik enerjisinin qaytarılması 11 % artıqlaması ilə həyata keçirilir və bu Naxçıvan muxtar respublikasına elektrik enerjisinin verilməsi zamanı İran tərəfinin itkisi kimi hesablanır. / 

2 Cavab to “Azerbaycan İrana olan elektrik borclarını aprel ayında qaytaracaq”

  1. Ashraf said

    Xebere gore minnetdaram

  2. maliyye said

    oxuuyub Iqtisadi Xeberlerden agah olduguncun men sizlere minnetdaram

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: