Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

BBVB-de herracların yekunları

Posted by maliyye Mart 22, 2008

dollar3.jpg

 Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə martın 17-də USD/AZN-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 0,8367 AZN olmuşdur.
Elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,8378 AZN-ə bərabər idi. USD/AZN T+0 aləti üzrə 2 091 750 AZN məbləğində əqdlər qeydə alınmışdır. Manatın məzənnəsi sessiyanın yekunlarına görə 0,0011 bənd qalxaraq 1 ABŞ dolları üçün 0,8367 AZN təşkil etmişdir.

EHBS-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 26 983 225 AZN-ə bərabər həcm qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 USD üçün 0,8367 AZN olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə dollar alətləri üzrə hərracların ümumi həcmi 34 750 000 ABŞ dolları olmuşdur ki, bu da manat ekvivalenti ilə 29 074 975 AZN-ə bərabərdir. Bir əqdə orta hesabla 3 475 000 dollar düşmüşdür.
USDAZN T+1 və T+2 alətləri və SWP_USDAZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən əqdlər bağlanmamışdır. EHBS-də banklar RUB/AZN T+0 aləti üzrə sifariş verməmişlər. AUR/AZN T+0 alətləri üzrə 1 326 900 AZN məbləğində əqd bağlanmışdır. Orta hesablanmış kurs 1 avro üçün 1,3269 AZN olmuşdur.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 15,36 faiz, ABŞ dolları üzrə isə 16,07 faiz təşkil etmişdir.
EHBS çərçivəsində fəaliyyət göstərən mütəşəkkil kredit bazarında illik 16 faizlə 30 gün müddətinə 1 000 000 AZN məbləğində əqd bağlanmışdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: