Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

BVF Azerbaycanın bank nezareti sisteminin güclendirilmesini tövsiye edir

Posted by maliyye Mart 22, 2008

dollar1.jpg

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan hökumətinə bank nəzarəti sisteminin gücləndirilməsini tövsiyə edir. Bu barədə BVF-in Azərbaycan üzrə missiyasının rəhbəri Valeriya Fikera çərşənbə günü mətbuat konfransında bildirib.
“Biz Azərbaycan Milli Bankının rəhbərliyilə görüşdük. Ümumilikdə, Azərbaycanda bank nəzarəti sistemini müsbət qiymətləndiririk, lakin hazırda bank sektorunda müəyyən tendensiyalar baş verir ki, bunlar da

gələcəkdə müəyyən problemlər yarada bilər. 2007-ci ildə banklar tərəfindən kreditləşmənin həcmi 2006-cı illə müqayisədə 2 dəfə artıb və bu, gələcəkdə problemli kreditlərin yaranmasına səbəb ola bilər”,-deyə V.Fikera vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan bankları borcluların qiymətləndirilməsi siyasətini gücləndirməlidir. Bundan əlavə, BVF Milli Banka kapital bazarı, bank nəzarətinə dair müəyyən tövsiyələr verib. “AMB bu tövsiyələri müsbət qiymətləndirir. Onların bir hissəsi yaxın vaxtlarda tətbiq ediləcək”, -deyə o bildirib. V.Fikera əlavə edib ki, BVF Azərbaycanda dövlət banklarının özəlləşdirilməsinin gedişini müsbət qiymətləndirir. “Hökumətin məlumatına görə, “Kapital bank”ın özəlləşdirilməsi 2008-ci ilin yarısında başa çatdırılacaq. Ortamüddətli perspektivdə Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi təmin olunmalıdır. Bank sektorunda ABB-nin payı 2007-ci ildə bir qədər azalaraq 40%-dən az təşkil edib. Bu, müsbət tendensiyadır. Ancaq bütün hallarda bu bank əsas yer tutur və onun özəlləşdirilməsi vacibdir.

2 Cavab to “BVF Azerbaycanın bank nezareti sisteminin güclendirilmesini tövsiye edir”

  1. anaritika said

    BVF AB$ banklarinin derdleri ile me$gul olsa daha yax$i olar mence….

  2. Libra said

    Umumiyyetle Azerbaycanda maliyye aciqligi gostericisi uzre bir cox inkisaf etmis olkelerden qabaqda yerlesir. Bu gostericini birmenali olaraq musbet qiymetlendirmek duzgun deyil. Cunki bu qeder maliyye aciqligi kolge iqtisadiyyati ucun real serait yaradir ve qara pullarin yuyulmasi ucun real imkanlar demekdir. Dunya praktikasinda bu qeder maliyye aciqligi sadece olaraq ofsor (offshore) zonalara xasdir ki, bu onlarin iqtisadi inkisafi ucun yegane usuldur. Azerbaycan ise ozu-ozune investisiya qoya biler. Bu cur imkanlari olan olkede bu gosterici sadece olaraq gulunc seslenir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: