Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

Vahid Elekberov İraqa sefer edib

Posted by maliyye Mart 25, 2008

vahid_alakparov_24_03_08.jpg

Səfər zamanı Qərbi Kurnada yataqların tədqiqi barədə saziş imzalanması barədə müzakirə aparılacağı gözlənilir“LUKoyl”un başçısı Vahid Ələkbərov, həmçinin Rusiya xarici işlər nazirinin müavini Alkesandr Sultanov İraqa səfər ediblər. “Röyters” agentliyinin məlumatına görə, bu gün onlar İraqın neft naziri ilə görüşməlidirlər. Görüşdə Qərbi Kurnada yataqların tədqiqi üçün saziş imzalanması barədə müzakirələrin aparılacağı gözlənilir.
İraqın xarici işlər naziri Hoşiyar Zəbari jurnalistlərə bildirib ki, İraq hökumətinin məlumatına görə bu saziş ləğv edilmişdi
 

Bir Cavab to “Vahid Elekberov İraqa sefer edib”

  1. “LÜKOYL” Şirkətinin Prezidenti Vahid Ələkbərov cənablarına .

    Azərbaycan Respublikasının vətəndaşı , Uğurliyeva Aida Məmməd qızı tərəfindən məktub .
    SALAM: Hörmətli cənab prezident ; sizə müraciət etmək istəyirəm .
    Mən Uğurliyeva Aida Məmməd qızı , Bakı şəhərində Suraxanı rayonu Qara – çuxur qəsəbəsi döngə 8 ev 33 ünvanında yaşayıram . Mənim iki övladım var . oğlum və qızım , oğlum Bakı Dövlət Universitetinin IV kurs tələbəsidir , qızım Uğurliyeva Zərxanım İlqar qızı Azərbaycan Dövlət Neft Akademiyasının , Mühəndis İqtisadiyyatı və menecmentlik fakultəsinin II kurs tələbəsidir. Sizin sayənizdə . O , Sabunçu rayonununda yerləşən 169 saylı məktəbi 2007 – ci ildə bitirib və həmin ildə ADNA – ya daxil olub.
    Mən sizə öz hörmət və ehtiramımı bildirirəm , çox sağ olun ki, həmin məktəbin nəzdində belə hazırlıq kursları yaratmısınız .Bu bizim üçün həqiqi mənada göydən düşmə bir sürpiriz oldu. Bizim ailə vəziyyətimiz çox çətindir . Həmin vaxt həyat yoldaşımın əmək haqqı 200 manat , mənim əmək haqqım isə 150 manat idi . Bizə çox kömək etdiniz . Bizim imkanımız yox idi ki, ona hazırlıq üçün müəllim tutaq. O , çox həvəslə məktəbdə yaradılan hazırlıq kurslarına getdi və inisituta daxil oldu . Ancaq ödənişlidə oxuyur , bizim üçün çox çətindir . Xahiş edirəm bizə yenə də kömək edəsiniz . Mən sizin xeyixah və xeyriyyəçi bir insan olduğunuza inanıram və sizə daima can sağlığı arzulayıram . Azərbaycan Dövlət Neft Akademiyasında 30 aprel 2009 – cu il tarixində baş vermiş hadisə zamanı mənim qızım da orada olmuşdur . Allaha çox şükürlər olsun ki, o, sağ – salamatdır, ancaq dəhşətli stres çekirib . Həyat yoldaşımı işdən sakreşeniyaya salıblar, oğlum iyul ayının 1 – də əsgəri xidmətə gedir. Mənim işlədiyim işdən bir neşə aydır ki, əmək haqqı ala bilmirik , iqtisadi böhranla əlaqədar olaraq . Biz övladlarımızın ən adi maddi təlabatlarını ödəyə bilmirik , hər dəfə onlar məndən hər hansı bir şey istəyəndə əzab çəkirəm .
    Hörmətli Prezident sizdən xahiş edirəm , mənim qızımın təhsilini başa çatdırması üçün bizə maddi yardım göstərəsiniz . İnanın ki, bu sətirləri yazanda həm ağlayıram , həm də əzab çəkirəm, məni bağışlayın: əvvəlcədən sizə öz minnətdarlığımı bildirirəm

    14.05.2009 Uğurliyeva Aida Məmməd qızı

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: