Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

Bu il Azerbaycanda istehsal olunan senaye mehsullarının hecmi 13 faizden çox artıb

Posted by maliyye Mart 27, 2008

statistika.jpg

Bu il Azərbaycanda istehsal olunan sənaye məhsullarının həcmi 13 faizdən çox artıb Ümumilikdə neft sektorunda sənaye istehsalının artımı 12,4 faiz, qeyri-neft sektorunda isə 15,6 faiz təşkil edib

2008-ci ilin yanvar-fevral aylarında Azərbaycanda sənaye istehsalının həcmi 4 milyard 62,8 milyon manat təşkil edib ki, bu da ötən ilin analoji dövründən 13,3 faiz çoxdur. Bu barədə məlumatı dövlət statistika komitəsi verib.

Qeyd edək ki, hesabat dövründə ölkə sənayesində məhsul istehsalının payı 93 faiz, xidmətin payı isə 7 faiz təşkil edib. Hasilat sənayesində isə 74,6 faiz sənaye istehsalının, 6 faiz emal sənayesinin, 19,4 faiz komunal sahənin payına düşüb. Bundan başqa ümumilikdə neft sektorunda sənaye istehsalının artımı 12,4 faiz, qeyri-neft sektorunda isə 15,6 faiz təşkil edib.

Bu ilin yanvar-fevral aylarında maşın və avadanlıq istehsalının həcmi 27,5 faiz olub. Bununla yanaşı ağac məmulatları 52,8 faiz, qida məhsularanın istehsalı isə 12 faiz təşkil edib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə kimya məhsulları istehsalı 2,6 dəfə, neft hasilatı 12,1 faiz, qaz hasilatı isə 2 dəfə artıb. Hesabat dövründə sənaye istehsalında 79,6 faiz və ya 3 milyard 235,1 milyon manat özəl, 827,7 milyon manat isə dövlət sənaye müəssisələrinin payına düşüb. 2008-ci ilin yanvar-fevral aylarında məhsul istehsalı özəl sektorda 15,7 faiz, dövlət sektorunda 4,8 faiz artıb. Qeyd edək ki, bu il Azərbaycan hökuməti sənaye istehsalını 26,2 milyard manat həcmində proqnozlaşdırır. 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: