Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

Rusiyada esas erzaq mehsullarının qiymeti tenzimlenecek

Posted by maliyye Mart 27, 2008

dukan.jpgƏrzaq məhsullarının qiymətindəki sıçrayışlar sovet təcrübəsinə istinad etməyi zəruri edib

    Dünyada baş verən qlobal bahalaşma və ərzaq məhsullarının qiymətindəki sıçrayışlar Rusiyada sovet dövründə olduğu kimi qiymətlərin tənzimlənməsi məsələsini gündəmə gətirib. Artıq Rusiyanın iqtisadi inkişaf və ticarət nazirlikləri qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısını hazırlayıb.

Hökumətə təqdim olunan təkliflərdə buğda və çovdar unu, süd, qatıq, bitki və kərə yağları, mal, qoyun, donuz və quş əti, yumurta, həçminin çay, qənd və duzun qiymətinə nəzarət olunması yer alıb. Hökumət inflyasiyanı tənzimləmək üçün kəskin qiymət artımları müşahidə olunduqda bu rıçaqdan istifadə edəcək.

    Qiymətlərin yuxarı həddi isə iqtisadi inkişaf və kənd təsərrüfatı nazirliklərinin birgə təqdimatından sonra hökumətin qərarı ilə müəyyən olunacaq. Sənədə əsasən, qiymət məhdudiyyəti maksimum 6 ay qüvvədə ola bilər.

    180 gündən sonra bazardakı vəziyyətə uyğun yeni qərar çıxarılacaq. Qərar isə konkret halda cəmi 1 məhsul və ya mal qrupu üzrə də verilə bilər. Artıq maliyyə nazirliyi belə tənzimlənmənin bazar prinsipilri ilə ziddiyyət təşkil etdiyini açıqlayıb. Ticarətlə məşğul olan iş adamlarının da mütləq əksəriyyəti bunun əleyhinədir 

Bir şərh yazın