Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

Gəncə avtomobil zavodunda «Belarus» traktorlarının istehsalı üçün birgə müəsissə yaradılacaq

Posted by maliyye Aprel 19, 2008

Bu məqsədlə Belarus tərəfindən Gəncə avtomobil zavoduna investisiya qoyulacaq

Yaxın aylarda Gəncə avtomobil zavodunda «Belarus» markalı traktorların istehsalı üçün birgə müəsissə yaradılacaq. Müəssisənin istehsala tam hazır vəziyyətə gətirilməsi üçün 3 ay vaxt lazımdır. Belarusun Azərbaycandakı səfiri Nikolay Paskeviç deyib ki, burada buraxılan traktorlar qonşu ölkələrə də satılacaq.

Nikolay Paskeviç Gəncəyə səfəri amanı ötən ildən buradakı avtomobil zavodunda yığılan 6 model «Belarus» traktorların keyfiyyətinin Minskdə istehsal edilənlərdən heç də geridə qalmadığını bildirib: «Bu isə bizə Gəncədə birgə müəssisənin yaradılması təklifini reallaşdırmaq üçün tam əminlik yaradır. Burada il ərzində 8 min ədəd traktor yığmaq mümkündür. Artıq burada istehsal edilən texnikalar Minsk traktor zavodunun Azərbaycana qonşu olan ölkələrdəki sifarişlərinin təmininə yönəldəcək. Yəni birgə müəssisədə yığılan traktorların artıq bazarı var».

Gəncə avtomobil zavodunun direktoru Xanlar Fətiyev isə öz növbəsində bildirib ki, birgə müəssisənin yaradılması üçün o qədər böyük məbləğdə investisiya tələb olunmur. Sənədləşmə və digər prosedurlar öz həllini tapandan sonra yeni müəssisənin tam istehsala hazır vəziyyətə gətirilməsi üçün cəmi 3 ay vaxt tələb olunur. Zavod direktorunun sözlərinə görə, birgə müəssisədə «Belarus» traktorunun ehtiyat hissələrinin təxminən 50 faizinin istehsalı mümkün olacaq. Burada həmçinin 1000 nəfərdən çox işçinin çalışacağıda gözlənilir. Bu məqsədlə Belarus tərəfindən Gəncə avtomobil zavoduna investisiya qoyulacaq. Birgə istehsal müəssisəsi üçün 6 min kv-metrdən artıq sahəsi olan sexə belaruslu mütəxəsislər baxış keçirdikdən sonra qoyulacaq investisiyanın məbləği də müəyyənləşəcək.

Qeyd edək ki, birgə müəssisənin əmlakının 51 faizi Azərbaycana, 49 faizi isə Belarus dövlətinə məxsus olacaq.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: