Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

Lənkəran şəhərində qiymətli kağızlar üzrə regional konfrans keçirilib

Posted by maliyye Aprel 19, 2008

Məqsəd bölgələrdə olan iş adamlarına fond kapital bazarı haqqında ətraflı məlumat verməkdir

Bakı Fond Birjası və Azərbaycanda ixracın və investisiyaların təşviqi fondu Lənkəran şəhərində “Fond bazarını bizimlə öyrənin və qazanın” kompaniyası çərçivəsində qiymətli kağızlar üzrə regional konfrans keçirilib.

İqtisadi İnkişaf Nazirliyinin təşkilatı dəstəyi ilə keçirilən konfransın işində Respublika Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Bakı Fond Birjası, Milli Depozit Mərkəzi, broker şirkətləri o cümlədən, Cənub bölgəsi rayonlarının sahibkarları və yerli iş adamları iştirak edib. Bakı Fond Birjası İdarə heyətinin sədr müavini Ziya Şimiyev məqsədlərinin bölgələrdə olan iş adamlarına fond kapital bazarı haqqında ətraflı məlumat vermək olduğunu bildirib. Z. Şimiyev əlavə edib ki, son dövrlər Bakı fond birjasının işində ciddi irəliləyişlər qeydə alınıb.

Qeyd edək ki, ilk belə konfrans Gəncə şəhərində keçirilib. Bu səpkidə konfranslar respublikanin bütün ölkələrində keçiriləcək

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: