Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

Ərzaq qiymətləri dünyada «Fransız inqilabı»nı təkrarlada bilər

Posted by maliyye Aprel 21, 2008

Ərzaq qiymətləri dünyada «Fransız inqilabı»nı təkrarlada bilər

Bioyanacaq istehsalı, qiymətli materiallar bazarındakı möhtəkirlik yoxsul ölkələrdə yaşanmaqda olan aclıq üçün məsuliyyət daşıyan faktorlardır

BMT-nin ərzaq haqları üzrə xüsusi məruzəçisi Jan Ziqler Avstriyada nəşr olunan «Kuryer» qəzetinə verdiyi müsahibədə bildirib ki, bioyanacaq istehsalı, qiymətli materiallar bazarındakı möhtəkirlik, habelə Avropanın subsidiyaları yoxsul ölkələrdə yaşanmaqda olan aclıq üçün məsuliyyət daşıyan əsas faktorlardır.

Ziqler aclığı «səssiz gələn qatil» adlandırıb. Ziqler müsahibəsində bildirib ki, dünyada hər beş saniyədən bir acından ölən uşaqların taleyi üçün məsuliyyəti Qərbin davranışları daşıyır.

O, qiymətli materiallar bazarında mövcud olan möhtəkirliyi kəskin tənqid edib. Jan Ziqler həmçinin bildirib ki, yoxsul ölkələrdə aclığın tüğyan etməsinə səbəb həm də qarğıdalı kimi dənli bitkilərdən hazırlanan bioyanacaq və Avropa İttifaqının öz fermerləri üçün ayırdığı subsidiyalardır. O deyib ki, aclıq insanların bəxtinə yazılmayıb, lakin acından ölən hər bir kəsin faciəsi arxasında səssiz gələn qatil dayanır.

Ziqler transmilli şirkətləri struktur pozuntularında, qloballaşmanı isə dünya sərvətinin inhisara alınmasında ittiham edib. Ziqler vətəndaş qruplarına və qeyri-hökumət təşkilatlarına müraciət edərək onları, aclıq soyqırımının qarşısının alınması üçün hökumətlər üzərinə təzyiq gösətərməyə çağırıb. Jan Ziqler deyib ki, bir gün ac insanlar zalımların üzərinə qalxacaqlar. Bu, «Fransız inqilabı» qədər real bir ssenaridir.

Cənab Ziqler bütün dünyada artan ərzaq qiymətləri ilə bağlı həyəcan təbili çalan ilk rəsmi deyil. Beynəlxalq Valyuta Fondunun (IMF) rəhbəri Dominik Ştraus Kan deyib ki, bütün dünyada ərzaq qiymətlərinin qalxmasının qarşısı alınmasa, bunun sonu bəlli olmayan nəticələri ola bilər. O deyib ki, yüz minlərlə insan acından ölə və sosial itaətsizlik müharibələrə yol aça bilər. Ərzaq qiymətləri ilə bağlı artıq bir neçə yoxsul ölkədə qiyamlar baş verib.

 

www.anspress.com

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: