Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

Avropa məkanında iqtisadi vəziyyət sabitləşir

Posted by maliyye Aprel 21, 2008

Avrozona ölkələrinin büdcə kəsiri iki dəfə aşağı düşsə də, Avropada dövlət borcu çox olan ölkələr qalmaqdadır

Avropa Birliyi maliyyə sahəsini nizama salıb. Avropanın statistika qurumu olan “Avrostat” xidmətinin məlumatlarına görə, ötən il Avropa məkanındakı

ölkələrin ümumi büdcə kəsiri iki dəfə azalaraq, ümumi daxili məhsulun 0,6 faizini təşkil edib. Hələ üç il bundan əvvəl region iqtisadiyyatının əsas hissəsinin büdcə kəsiri Fransa və Almaniyanın timsalında Maastrixt razılığınını izazə verdiyi ümumdaxili məhsulun 3 faizlik həddini ötmüşdü.

«Amma bu həddi pozanlar dövlətin maliyyə siyasətinin sabit qalması üçün xeyli cəhd göstərmişdilər. Bu gün isə Avropa məkanında elə bir ölkə qalmayıb ki, onun büdcə kəsiri ümumdaxili məhsulun 3 faizini ötüb keçməsin»- Avropa Komissiyasının nümayəndələrindən biri belə deyib: «Əgər yaz sessiyasında bizim iqtisadiyyatın vəziyyəti haqqında hesabatımız bunu sübüt etsə, Avropanın iki ölkəsinə – İtaliya və Portuqaliyaya qarşı sankisiyanın tətbiq edilməsi dayandırılacaq».

Qeyd edək ki, Avropa iqtisadiyyatının əsas fiqurlarından biri Almaniyada 2006-cı ildə Avropa Birliyi normalarına uyğun 1,6 faizlik büdcə kəsiri qeydə alınıb. Ötən il isə kəsir 0 faiz olub. İspaniyada isə bu rəqəm 2,2 faiz təşkil edib. 2007-ci ildə İtaliyanın büdcə kəsiri ümumdaxili məhsulun 3 faizindən aşağı – 1,9 faiz olub. Avropa məkanında iqtisadiyyatın inkişafına görə ikinici yerdə dayanan Fransada büdcə kəsiri 2,7 faiz təşkil edib. Amma regionun 7 ölkəsində dövlət borcu ümumdaxili məhsulun 60 faizi həcmində, İtaliyada isə 102 faiz həcmində olub

 

www.anspress.com

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: