Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

Azərbaycanda bir ailə mənzil almaq üçün 20 il gözləməlidir

Posted by maliyye Aprel 21, 2008

Azərbaycanda bir ailə mənzil almaq üçün 20 il gözləməlidir

Həm də ölkənin mənzil bazarında qiymətlər sürətlə artır

Azərbaycanın mənzil bazarında bu il üçün 18-20 faiz qiymət artımı proqnozlaşdırılır. Amma indiki qiymət artımları son beş ildə müşahidə olunan bahalaşmadan 2 dəfə geri qalır. Mütəxxəssislər bunu daşınmaz əmlak bazarının daxili qanunları ilə izah edirlər.

Ekspert Nüsrət İbrahimovun sözlərinə görə, inkişaf etmiş ölkələrdə qiymət artımı həmişə 5-6 il davam edir. Bundan sonrakı 3 ildə isə qiymətlər sabitləşməyə doğru gedir: «Nəzərə alsaq ki, Azərbaycanda da artıq 6 ildir ki qiymət artımları müşahidə olunur. İndi isə qiymətlər stabilləşməyə doğru getməlidir».

Bununla belə, tikinti və əmlak bazarındakı qiymətlər vətəndaşların alıcılıq qabiliyyətini üstələyir. Statistikaya görə, Avropa ölkələrində normal yaşayan ailə 6 il ərzində mənzil ala bilərsə, bizdə 1 ailə yalnız 20 ildən sonra bu imkana malik olur.

İş ondadır ki, inkişafda olan tikinti sektoru ölkəyə çox sayda investor cəlb edib. Sürətlə artan yatırımlar milli valyutanın möhkəmlənməsinə səbəb olub. Bu da inflyasiyaya və nəticədə qiymət artımına səbəb olub. Ekspertlərin fikrincə, investorların cəlb olunmasında maraqlı olan dövlət, mütləq qiymət tənzimləmələrini də həyata keçirməlidir. «Hazırda mənzillərin mənəvi və fiziki aşınması baş verir. Mənzilərin fiziki durumu da keyfiyyəti də mənzil bazarına soyuqluq yaradıb. Eyni zamanda, əhalinin mənzillərə sosial tələbatı dəyişib. Əvvəllər evdə adambaşına 11 kv metr yer bir adama bəs edirdisə, indi bu rəqəm artıb»,- deyə N.İbrahimov bildirib.

Amma mütəxəssislər mənzil bazarındakı bahalaşmanın hələ davam edəcəyini vurğulayırlar. Çünki bizdəki qiymətlər Rusiya, Qazaxıstan və Baltikyanı ölkələrlə müqayisədə aşağıdır, ona görə də mənzil-bazarındakı qiymətlər bu ölkələrlə eyniləşənə qədər artım davam edəcək.

Yerli tikinti bazarında sementin bahalaşması isə enerji daşıyıcılarındakı qiymət artımları ilə bağlıdır. Sement satışı ilə məşğul olanlar materialın qıtlığından şikayətlənsə də, “Qaradağ Sement” şirkətində deyirlər ki, zavod əvvəlki istehsal gücü ilə işləyir. Sementin qiymətini süni artıranlar isə məhsulun qıtlığından istifadə edən bəzi işbazlardır. N.İbrahimovun sözlərinə görə, indiki halda ancaq süni artımlar ola bilər: «İnhisarlaşmaya dövlət tərəfindən nəzarət var. Məndə olan məlumata görə, artıq bir neçə təşkilat seçilib və ölkədə 2-ci sement zavodunun tikintisinə hazırlıq görülür».

Antiinhisar xidməti isə süni qiymət artımına yol verməmək üçün monitorinqlərə başlayıb. Xatırladaq ki, Azərbaycanda bu gün sementə illik tələbat 3 milyon tondur

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: