Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

Sovet dövründən qalan əmanətlərin qaytarılması MM-də müzakirə olunacaq

Posted by maliyye Aprel 21, 2008

Sovet dövründən qalan əmanətlərin qaytarılması MM-də müzakirə olunacaq

Əmanətlər qaytarılarkən əsas üstünlük müharibə veteranlarına, qaçqın və məcburi köçkünlərə veriləcək

Yaxın günlərdə sovet dövründən qalma əmanətlərin qaytarılması ilə bağlı qanun layihəsi Milli Məclisin (MM) müzakirəsinə təqdim olunacaq.

Milli Məclisin iqtisadi siyasət komissiyasının üzvü Vahid Əhmədov deyir ki, əmanətlərin qaytarılması ilə bağlı ciddi bir problem yoxdur və prosesə ilin sonunadək başlana bilər.

Yalnız həmin pulların hansı nisbətdə qaytarılması barədə fikir ayrılıqları var. Bəzi fikirlərə görə, məbləği az olan əmanətlər daha yaxşı şərtlərlə qaytarılmalıdır. Çünki sovet vaxtı batan əmanətlərin böyük hissəsi 3 min rubla qədər olanlardır.

“Əsas da bizim məqsədimiz ondan ibarətdir ki, bu insanların əksəriyyəti o vaxt əsasən fəhlə-kəndlilər olduğu üçün əziyyət çəkməsinlər, heç olmasa məbləği 1/2 nisbətdə ala bilsinlər. 3 min rublu varsa heç olmasa min, min 500 manat məbləğində əmanətini ala bilsin”,- deyə Vahid Əhmədov vurğulayıb.

Komissiya üzvü hesab edir ki, əmanətlər verilərkən ilk növbədə yaşlı vətəndaşlardan başlamaq lazımdır. Əsasən üstünlük müharibə veteranlarına, qaçqın və məcburi köçkünlərə veriləcək. Bu proses 7-8 il davam edə bilər. Ümumilikdə, Azərbaycan vətəndaşlarının sovet dövründən qalma 5 milyard rubla yaxın pulu var. Vahid Əhmədovun fikrincə, bu indiki qiymətlərlə təqribən 800 milyon manatdır.

Millət vəkili hesab edir ki, bu pullar həm ehtiyat fondunun hesabına, həm də qiymətli kağızlar formasında qaytarıla bilər. Hələlik inflyasiya təhlükəsi ilə bağlı hökümətin razılığı olmadığı üçün ekspertlər hesab edir ki, proses mərhələli şəkildə də həyata keçirilə bilər.

 

www.anspress.com

Bir Cavab to “Sovet dövründən qalan əmanətlərin qaytarılması MM-də müzakirə olunacaq”

  1. Aida Gasimova said

    Emanetler tam shekilde, 1 rubla 1 manat nisbetinde odenilmelidir. Eger 1 il muddetinde odenilmese emaneti batanlar Avropa mehkemesine muraciet etmelidir

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: