Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

Azərbaycan banklarına qoyulan əmanətlərin miqdarı artırılıb

Posted by maliyye Aprel 25, 2008

Artıq banklar müştəriləri cəlb etmək üçün bir sıra maraqlı xidmətlər də təklif edir

Hazırda Azərbaycanda banklara qoyulan əmanətlərin miqdarı 3 milyard 630 milyon manatdır. Bu məbləğ keçən ildən 446 milyon manat çoxdur.

Əmanətlərin 1 milyard 600 milyon manatı yerli valyuta ilə, 1 milyard 948 milyon manatı isə xarici valyuta ilə qoyulub. Banklara əmanəti 12, 18, 24, 36, 48 və 60 aylıq qoymaq mümkündür. Müştəri əmanətini banka bir illik qoysa, 12 % gəlir əldə edir. Əgər müştəri banka bir illik etibar etdiyi əmanətindən gələn faizi aybaay deyil, ilin sonu birdəfəlik götürsə, o zaman qoyduğu puldan daha artıq, 12,8 % xeyir götürür.

İndi banklar müştəriləri cəlb etmək üçün bir sıra maraqlı xidmətlər təklif edir. Artıq 18 yaşına qədər uşaqlar üçün də banka pul qoymaq olar. Təqaüdçü əmanəti almaq üçün isə vətəndaş banka təqaüdçü vəsiqəsini təqdim etməlidir. Əgər müştəri banka qoyduğu pulunu müqavilədə göstərilən vaxtdan əvvəl götürsə, ona əmanəti üzrə hesablanmış faiz ödənilmir. Əgər əmanətin müddəti bitibsə və müştəri pulunu bankdan götürmək istəmirsə o zaman qarşılıqlı razılaşma ilə əmanətin müddəti uzadıla bilər.

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: