Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

Son bir ildə Azərbaycanda qiymətlər 23,37 faiz artıb

Posted by maliyye Aprel 25, 2008

İqtisadi Tədqiqatlar Mərkəzi inflyasiyanın əsas səbəbinin inhisarçılıq, korrupsiya və idxal mallarının bahalaşması olduğunu bildirir

Son bir ildə Azərbaycanda qiymətlər 23,37 faiz artıb. Ölkədə alternativ inflyasiyanı hesablayan İqtisadi Tədqiqatlar Mərkəzinin məlumatına görə, mart ayında qiymətlər 5,34 % artıb. İqisadi Tədqiqatlar Mərkəzinin hesablamalarına görə, ötən ay bahalaşmanın əsas səbəbi ərzaq malları olub. Burada qiymətlər 8,19 % artıb. Ən çox bahalaşan isə ət məhsulları olub, ət məhsulları bir ayda 18 faiz artıb.

Mərkəzin apardığı sorğu göstərib ki, ötən il inflyasiyanın əsas səbəbləri inhisarçılıq, korrupsiya və idxal mallarının bahalaşması olub. Rəyi soruşulanların 9,6 faizi inflyasiyanı ümumiyyətlə hiss etmədiyini bildirsə də, 70 faizdən çoxu inflyasiyanın onların ailə büdcəsinə mənfi təsir göstərdiyini bildirib. Qiymət artımları rəyi soruşulanların əksəriyyətinin gəlirlərini üstələdiyini deyib. Yalnız 12 faizin gəlirləri inflyasiyadan sürətlə artıb.

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlunun sözlərinə görə, həqiqətən ölkədə yüksək əmək haqqı alanlar var: «Dövlət idarəetmə orqanlarında çalışanların, hüquq-mühafizə orqanlarında, məhkəmə hakimiyyətində olanların gəlirlərinin artım sürəti inflyasiayanın artım sürətindən dəfələrlə çoxdur».

Sorğuda iştirak edənlərin əksəriyyəti gələcəkdə qiymətlərin artacağından ehtiyatlandıqlarını bildiriblər. Elə bu səbəbdən də belə vətəndaşlar gəlirlərini dərhal ərzaq ehtiyatına və ya zəruri təlabat mallarına yönəltmək istəyirlər.

Amma Statistika Komitəsində mərkəzin məlumatları ilə razılaşmırlar. Komitədən bildirirlər ki, indi illik inflyasiya 16,7 faiz təşkil edir. İlin sonuna qiymət artımı 12-13 faiz arasında olacaq. Komitənin məlumatına görə, təkcə bu ilin martında qiymətlər 3,1 faiz artıb.

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: