Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

2008-ci ilin dövlət büdcəsi 40 faiz artırılacaq

Posted by maliyye Aprel 28, 2008

Büdcəylə bağlı qanun layihəsi mayın 2-də keçiriləcək parlament iclasında müzakirə olunacaq

Azərbaycanın 2008-ci il büdcəsi yaxın vaxtlarda 40 faizə qədər artırılacaq. “Büdcə sənədinə dəyişiklik haqqında” qanun layihəsi parlamentin mayın 2-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Millət vəkili Zahid Orucun sözlərinə görə, 2008-ci ilin dövlət büdcəsinə nəzərdə tutulan dəyişikliklərlə bağlı sənəddə büdcə gəlirlərinin yeni illik proqnozu 12,7 milyard dollara, xərcləri isə 13 milyard dollara çatdırılacaq. Büdcə xərclərinin artımı əsasən sosial, iqtisadi və hərbi sahədə xərclərin artırılmasına yönəldiləcək.

Xatırladaq ki, Azərbaycanın 2008-ci il üçün dövlət büdcəsinin gəlirləri 7,3 milyard manat,  xərcləri isə 8,5 milyard manat təsdiqlənib. Yeni dəyişikliklərdən sonra büdcə gəlirləri təxminən 43, xərcləri isə 26 faiz artacaq

 

 

Bir Cavab to “2008-ci ilin dövlət büdcəsi 40 faiz artırılacaq”

  1. Libra said

    Umumiyyetle budcenin artirilmasi yaxsi haldir. Lakin olkede 16%-den cox inflyasiya olan bir vaxtda UDM-in 33%-i hecminde bir vesaitin budce vasitesile yeniden bolusdurulmesi qorxuludur. Muqayise ucun budcenin UDM-deki payinin kecen ilki ve bu ilki gostericisi olsa idi konkret soz demek daha rahat olardi. Indi ise men teqribi qiymetlerle bunu demeye cehd edecem. Azerbaycanda budcenin UDM-deki payi 25%-i asmayib. Bu il ise birden-bire 33%-lik bir gosterici sadece olaraq qorxuludur. VE eger artirilirsa, iqtisadiyyatin real sahelerine investisiya hesabina artirmaq daha duzgun olardi. Bu vesaitleri herbi, sosial, ve bu kimi diger sahelere ayirsaq inflyasiya hedden artiq boyuk bir reqem ola biler ki, sonradan onun iqtisadi-sosial fesadlarini aradan qaldirmaq cox cetin olacaq. Ve hetta mumkun olmaya biler.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: