Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

Küçələrdə reklam yerləşdirilməsinə dair yeni qaydalar təsdiqlənib

Posted by maliyye Aprel 28, 2008

Küçələrdə reklam yerləşdirilməsinə dair yeni qaydalar təsdiqlənib

Bundan sonra küçə reklamlarına dair tarifləri və icra hərəkətlərini hökumət tərəfindən yaradılan xüsusi komissiya müəyyən edəcək

Nazirlər Kabineti küçələrdə reklam yerləşdirilməsinə dair yeni qaydaları təsdiqləyib. Bundan sonra küçə reklamlarına dair tarifləri və icra hərəkətlərini hökumət tərəfindən yaradılan xüsusi komissiya müəyyən edəcək. Belə ki, həmin komissiya reklam tariflərini zonalar üzrə müəyyənləşdirəcək və bununla da, mərkəzi rayonların reklam tarifləri digər yerlərlə müqayisədə çox olacaq.

Nazirlər Kabineti küçələrdə reklam yerləşdirilməsi üçün tariflərin müəyyən edilmə qaydalarını tənzimləyən «Küçə reklamının yerləşdirilməsi, yayım və reklam tarifi zonalarının müəyyən edilməsi qaydaları»nı təsdiqləyib. Bu barədə «İnterfaks-Azərbaycan» agentliyinə Nazirlər Kabinetindən məlumat verilib.

Qaydalara əsasən, küçə reklamının yerləşdirilməsi və yayım üçün ödənilən haqqın minimum miqdarının hesablanması üçün yerli icra hakimiyyəti orqanları beş nəfərdən ibarət xüsusi komissiya yaradılmalıdır.

 

 

 

Qeyd edək ki, komissiyanın səlahiyyətinə reklam tarifi zonalarını müəyyən etmək daxildir. Nazirlər Kabinetinin təsdiq etdiyi qaydaya əsasən, reklamın yerləşdirilməsi üçün şəhəri xüsusi zonalara ayırır.

Belə ki, bütün ərazi 3 zonaya ayrılır. Məsələn A zonasına iri yaşayış, ticarət və inzibatı binaların, o cümlədən intensiv nəqliyyatın çox olduğu mərkəzi rayonlar, B zonasına mərkəzdən nisbətən kənar ərazilər, ən sonuncusu C zonasına isə digər rayonlar daxildir.

 

 

 

Hazırlanan reklam qaydalarına görə, komissiya reklam tarifi zonalarının xəritəsini təsdiqləyərək, onun bir nüsxəsini Nazirlər Kabinetinə təqdim etməlidir. Bundan başqa, Nazirlər Kabineti həmçinin küçə reklamının yerləşdirilməsinə verilən icazə sənədinin formasını da təsdiqləyib

 

www.anspress.com

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: