Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

Dünya Bankı Azərbaycanın təhsil bölməsinə 25 milyon dollar kredit ayırıb

Posted by maliyye Aprel 28, 2008

35 il müddətinə, illik 0,75 faizlə ayrılacaq kredit təhsil sistemində islahatların davam etdirilməsinə yönəldiləcək

Dünya Bankının Direktorlar Şurası təhsil sistemində islahatların davam etdirilməsi üçün Azərbaycana 25 milyon dollar məbləğində kreditin verilməsini təsdiqləyib. Bu barədə «İnterfaks-Azərbaycan» agentliyinə Dünya Bankının Bakı nümayəndəliyindən məlumat verilib.

Layihənin iki fazasının ümumi dəyəri 45,4 milyon dollar təşkil edir. Bunun 25 milyonu Dünya Bankının krediti, bundan başqa Azərbaycan hökumətinin vəsaiti və YUNİSEF proqramının kiçik qrantı təşkil edir.

Bakı nümayəndəliyindən verilən məlumata görə, bankın krediti vəsait ləri 35 il müddətinə və illik 0,75 faiz dərəcəsi üzrə təqdim edilib. Kredit vəsaitləri təhsil sistemində islahatların davam etdirilməsinə, əsasən yeni kurrikulların tətbiqinin dəstəklənməsinə, müəllimlərin ixtisasartırma sisteminin modernləşdirilməsinə, təhsil praktikasında yeni mədəniyyətin tətbiqinə, 5-6 yaşlarında uşaqların məktəb hazırlığı üzrə səylərinin gücləndirilməsinə, islahatların aparılması üçün inzibatçı və siyasətsilərin potensialının artırılmasına yönəlib.
Bundan əlavə, Azərbaycanın 500 məktəbində kitabxanaların yenilənməsi də nəzərdə tutulur.

Xatırladaq ki, Dünya Bankı 2003-cü ildə Azərbaycanda təhsil sistemində islahatlar layihəsinin reallaşmasına 18 milyon dollar ayırıb.

Dünya Bankının krediti Azərbaycanın təhsil sistemində islahatlar strategiyasının reallaşmasına yönəlib. Bank tərəfindən reallaşdırılan layihə 250 milyon dollar məbləğində dəyərləndirilir.

Birinci kreditin vəsaitləri ümumi təhsilin keyfiyyətinin, effektivliyinin artırılması, maliyyə sistemində islahatların aparılması, rayonlarda tədrisin keyfiyyətinin yaxşılaşdırılması, monitorinqlərin planlaşdırılması və keçirilməsi, layihənin koordinasiyası, o, cümlədən monitorinq üçün sərf olunub

 

http://www.anspress.com

Bir Cavab to “Dünya Bankı Azərbaycanın təhsil bölməsinə 25 milyon dollar kredit ayırıb”

  1. tural said

    əla.çox sağ olun.

Bir şərh yazın