Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

Köşə yazısı

Posted by maliyye Aprel 28, 2008

 

 

2008-ci ilin yanvar-fevral aylarında Azərbaycanın 107 ölkə ilə aparılmış ticarət (idxal-ixrac) əməliyyatlarının həcmi 2 milyard 132.1 milyon ABŞ dolları məbləğində olmuşdur. Xarici ticarət dövriyyəsinin 1 milyard 197.8 milyon dollarını (56.2 faizini) ölkədən ixrac olunmuş mallar, 934.3 milyon dollarını (43.8 faizini) ölkəmizə idxal edilmiş mallar təşkil etmiş, 263.5 milyon dollarlıq müsbət saldo yaranmışdır. Yəqin Dövlət Gömrük Komitəsinin bu məlumatını oxuyan kimi bəzi sadəlövh tələbələr elə başa düşəcəklər ki, müsbət saldoya nail olmağımızın əsas səbəbkarı hökümət və onun yeritdiyi uğurlu iqtisadi siyasətdir. Ancaq apardığım təhlil bunun tam əksini söyləməyə əsas verir.

 

Necə oldu ki, biz müsbət saldoya nail olduq? Bunun əsas 2 səbəbi var:

 

1. Neftin dünya bazarında qiymətinin yüksəlməsi ixracının əsas hissəsini neft və neft məhsulları təşkil edən ölkəmizin dəyər ifadəsində daha çox mal ixrac etməsinə gətirib çıxardı ki, bu da son nəticədə müsbət saldonun yaranmasına səbəb oldu. Keçək izahata. Cari ilin yanvar-fevral ayında Azərbaycanın ixracatında neft sektorunun çəkisi 86 faiz təşkil edib – ixracın strukturunda xam neftin çəkisi 65%, neft məhsullarının çəkisi isə 21 faizdir (cəmi: 1 milyard 30.1 milyon dollarlıq) Bir anlığa təsəvvür etsək ki, bizim neftimiz yoxdur, o zaman bəlli olur ki, keçən il cəmi 167.692 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edilib, bundan 5.6 dəfə çox – 934.3 milyon dollarlıq məhsul idxal edilib və bunun nəticəsində ölkənin xarici ticarət saldosu mənfi 766.608 milyon dollar təşkil edib.

 

Ermənistan Milli Statistika Xidmətinin rəsmi saytının məlumatına görə cari ilin 2 ayı ərzində Ermənistanın xarici ticarət dövriyyəsi 687 milyon dollar olmuş – ixracın 143.6 milyon dollar, idxalın isə 543.4 milyon dollar təşkil etməsi 399.8 milyon dollarlıq mənfi saldo ilə nəticələnmişdir (Bizimlə müqayisədə 2 dəfə az). Nəzərə alın ki, Ermənistan heç bir təbii sərvətə malik deyil.

2. Milli iqtisadiyyata maraq oyatmaq, onu xarici rəqabətdən qorumaq siyasəti həyata keçirməli olan Azərbaycan Gömrüyündə bu gün rüşvətxorluq, proteksionizm, himayəçilik, dostbazlıq, qohumbazlıq, tanışbazlıq, təkəbbürlü yanaşma və. s kimi neqativ hallar mövcuddur. Məhz buna görə də xarici ticarətdə gizli (kölgə) dövriyyənin olması inkarolunmaz bir faktdır. Yəni, idxal inhisarçılığına nəzarət edən məmur-biznesmenlər gömrük rüsumunun müəəyən bir hissəsindən yayınmaq məqsədilə idxal etdikləri malların dəyərini hesab-fakturalarda kiçildirlər. Bu da öz növbəsində ixracın idxaldan çox olması görüntüsünü yaradır. Başınızı ağrıtmamaq üçün təkcə bir faktı diqqətinizə çatdırım.

Türkiyə Statistika Təşkilatının rəsmi saytında cari ilin 2 ayı ərzindəki xarici ticarətin vəziyyətinə dair məlumatda (http://www.tuik.gov.tr/PreHaberBultenleri.do?id=1950&tb_id=7) qeyd olurnur ki, bu müddətdə Türkiyə ölkəmizə 179.240 milyon dollarlıq məhsul ixrac edib. Azərbaycan Dövlət Gömrük Komitəsinin rəsmi saytında isə eyni dövrü əhatə edən məlumatda bildirilir ki, ölkəmiz Türkiyədən 86.907 milyon dollarlıq məhsul idxal edib. Bu onu göstərir ki, Türkiyənin bizə ixrac etdiyi əmtəənin dəyəri 2 dəfə kiçildilmiş və bunun nəticəsində 92.333 milyon dollar dəyərində əmtəə gömrük qeydiyyatından kənar qalmışdır.

Hələ mən təkcə Türkiyənin timsalında müqayisə apardım. İndi siz təsəvvür edin ki, ticarət partnyorlarımız olan 107 ölkənin müvafiq statistikası ilə bizim statistikanı tutuşdursaq, hansı rəqəmin şahidi olarıq. Hər halda bu rəqəmin astronomik məbləğdə olmasına heç bir şübhə yoxdur.


Ramil Rahiboğlu

 

 

Mənbə:

www.maliyye.wordpress.com

2 Cavab to “Köşə yazısı”

  1. Libra said

    Azerbaycanda musbet saldodan danisiriq, idxalin ve ya ixracin strukturundan danismiriq. Neftin baha satisindan danisiriq, son zamanlardaki meselen, son 20-25 il ucun dinamikaya baxmiriq. Qeyd etdiyim meselelere diqqet yetirsek gorerik ki, biz de xarici ticaretin cografiyasi deyisib, amma strukturu deyismeyib. Biz hele de xaricden yeyinti mehsullari, derman preparatlari aliriq xarice ise deyerli mallarimiz olan neft ve net mehsullari satiriq, pambiq satiriq.

  2. Ashraf said

    Xebere gore minnetdaram.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: