Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

Ölkənin iri un istehsalçılarından olan «Fatoğlu» ASC fəaliyyətini dayandırdı

Posted by maliyye May 2, 2008

«Fatoğlu» istehsal etdiyi taxılın 95 faizə qədərini Qazaxıstandan idxal edirdi

Taxıl qıtlığı ilə üzləşən ölkənin iri un istehsalçılarından biri olan «Fatoğlu» şirkəti fəaliyyətini müvəqqəti dayandırıb. Şirkətin baş mühasibi İlham Xəlilov «Azadlıq» radiosuna bildirib ki, onların buğda ehtiyatı qurtardığı üçün dayanmağa məcbur olublar. Əsasən Qazaxıstandan taxıl gətirdiklərini deyən Xəlilovun sözlərinə görə, onlar alternativ yollar axtarırlar. Baş mühasib şirkətin fəaliyyətinin dayanmasının unun qiymətinə təsirini istisna etmir. Amma deyir ki, onlar beş-on günə öz fəaliyyətlərini bərpa etmək niyyətindədilər. İlham Xəlilov qeyd edib ki, şirkətin fəaliyyətinin dayanması işçilərin əmək haqqına təsir etməyəcək.

Qazaxıstan aprelin 1-dən Azərbaycana buğda ixracını dayandırıb. İndi 50 kq-lıq əla növ un 30-31 manata təklif olunur, çörəyin qiyməti isə 10 qəpik bahalaşaraq 40 qəpiyə çatıb. «Fatoğlu» istehsal etdiyi taxılın 95 faizə qədərini Qazaxıstandan idxal edirdi.

Bu günlərdə Kənd Təsərrüfatı Nazirliyi bəyan etmişdi ki, ölkədə hazırda ayrı-ayrı sahibkarlarda 600 minə tona qədər taxıl ehtiyatı var. Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin sözlərinə görə, ölkə əhalisinin buğdaya bir aylıq tələbatı 129 min tondur: «Bir neçə aya yeni taxıl biçini başlayacaq. Ehtiyatdakı taxıl isə bu müddətdə ehtiyacı ödəyəcək».

Azərbaycanın il ərzində ərzaq buğdasına olan ehtiyacı təxminən 1 milyon 500 min tondur. Ölkədə 50-yə yaxın şirkət xarici ölkələrdən taxıl idxal edir.

Prezident İlham Əliyev mayın 1-də əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair sərəncam imzalayıb. Sənəddə deyilir ki, dünya ərzaq bazarlarında tələbin böyük fərqlə təklifi üstələməsi səbəbindən son vaxtlar ərzaq mallarının qiymətlərində yüksək artım müşahidə olunur. Qeyd olunan qiymət artımı Azərbaycanda da ərzaq məhsullarının bahalaşmasında özünü büruzə verir. Sənəddə Nazirlər Kabinetinə tapşırılır ki, ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramının layihəsini üç ay müddətində hazırlayıb prezidentə təqdim etsin

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: