Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

Azərbaycanda yeni iri neft-qaz emalı kompleksi tikiləcək

Posted by maliyye May 10, 2008

Yeni kompleksin ilkin ümumi dəyəri 20 milyard avrodur

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2009-cu ildə Bakıya yaxın Səngəçal sahilində yeni neft-qaz emalı, neft-kimya kompleksi və gübrə istehsalı üzrə müəssisənin tikintisinə başlayacaq. Kompleksin ilkin ümumi dəyəri təqribən 20 milyard avrodur. Bu barədə ARDNŞ-ın yüksək vəzifəli nümayəndəsi məlumat verib. Nümayəndə bildirib ki, kompleks yaradılarkən dünyada istifadə edilən ən müasir avadanlıq və emal texnologiyası tətbiq ediləcək.

Birinci mərhələdə qaz emalı və neft emalı müəssisələrinin yaradılması nəzərdə tutulur. Qaz emalının gücü ildə 20 milyard kubmetr qaz təşkil edəcək. Neft emalı kompleksi isə, ildə 10 milyon ton neftin emalını nəzərdə tutur. Bu obyektlər üçün yeni infrastrukturun tikintisi, xüsusilə də xammalın emal edilmək məqsədilə müəssisəyə çatdırılması üçün dəniz qaz və neft kəmərlərinin tikintisi nəzərdə tutulur.

Bu gün Azərbaycanda neft məhsulları ümumi illik emal gücü 20 milyon ton olan Heydər Əliyev adına Bakı neft emalı zavodu və “Azneftyağ” neft emalı zavodunun bazasında istehsal olunur. Hər iki zavod, hər il şəxsi vəsaitləri hesabına işlənən qurudakı və dənizdəki yataqlardan hasil edilən 6 milyondan çox nefti emal edən ARDNŞ-nin tərkibinə daxildir. Səngəçalda mərhələli şəkildə neft emalı kompleksinin yaradılması ilə bu müəssisələrdəki avadanlıq sökülməyə başlanılacaq.

Bu avadanlıqdan ARDNŞ-nin Azərbaycandan kənarda yarada biləcəyi müəssisələrdə istifadə edilməsi mümkündür. Azərbaycan qaz emalı zavodunun birinci növbəsi 1961-ci ildə istismara verilib. Altı qaz emalı qurğusundan əlavə, qaz kondensatının emalı gücü ildə 675 min ton və qeyri-sabit benzinin fraksiyalaşdırılması ildə 600 min ton üzrə qurğular tikilib. Yeni qaz emalı kompleksinin tikintisindən sonra köhnə zavod tamamilə söküləcək. /ANS TV/

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: