Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

Neftin qiyməti növbəti dəfə ən yüksək həddə çatıb

Posted by maliyye May 10, 2008

Opek isə neft hasilatını artırmamaqda hələ də qərarlıdır

Dünya bazarında xam neftin qiyməti növbəti dəfə rekord həddə çataraq, bir barrel üçün 126 dollar olub. Ümumiyyətlə isə, ötən illə müqayisədə qara qızılın qiyməti iki dəfə artıb. Neft ixrac edən ölkələr birliyi isə bəyan edir ki, neft hasilatını artırmağa ehtiyac yoxdur. İş adamları yanacaq çatışmazlığından ehtiyatlanır. Goldman Sachs bankının proqnozlarına görə, iki il ərzində neftin bir barreli 150-200 dollara çatacaq.

Xatırladaq ki, 6 il əvvəl neftin bir barrelinin qiyməti indikindən düz 100 dollar ucuz idi. Dünya bazarlarında dolların kursunun zəifləməsi neftin bahalaşmasına səbəb olur. Bəzi analitiklərin fikrincə, qara qızılın qiymətinin belə baha olması dünya iqtisadiyyatının xeyrinə olacaq. Nyu-York birjasının eksperti Mark Sallaçon bütün bunların təklif və tələbatdan asılı olduğunu, əgər tələbat azalacaqsa, qiymətlərin aşağı düşəcəyini deyib.

Ekspertlər deyir ki, dünyada karbohidrogen ehtiyatları azalır. Ekspertlər çıxış yolunu bərpa olunan enerji ehtiyatlarından, xüsusilə də bioenerjidən istifadə etməkdə görür. Külək, günəş və ya atom elektrik stansiyasının yaradılması da alternativ yol kimi nəzərdən keçirilir. Hazırda hər gün istehlakçıların yanacağa olan tələbatı artır. /ANS TV/

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: