Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

“Büdcə gəlirlərinə edilən 3091 mln manatlıq artımın 2700 milyonunu Dövlət Neft Fondundan edilən transferlər təşkil edib”

Posted by maliyye May 16, 2008

“Büdcə gəlirlərinə edilən 3091 mln manatlıq artımın 2700 milyonunu Dövlət Neft Fondundan edilən transferlər təşkil edib”

Milli Büdcə Qrupu bu gün 2008-ci ilin dövlət büdcəsinə əlavə və dəyişikliklər edilməsiylə bağlı dəyirmi masa keçirib

Milli Büdcə Qrupu (MBQ) bu gün 2008-ci ilin dövlət büdcəsinə əlavə və dəyişikliklər edilməsiylə bağlı dəyirmi masa keçirib. MBQ İdarə Heyətinin sədri İnqilab Əhmədov bildirib ki, hökumət ilin ilk yarısı başa çatmamış cari ilin dövlət büdcəsinin gəlir və xərclərinin

artırılması təşəbbüsü ilə çıxış edərək «Azərbaycan Respublikasının 2008-ci il Dövlət Büdcəsi haqqında AR Qanununa dəyişiklər və əlavələr edilməsi barədə» qanun layihəsi Milli Məclisə təqdim edilib. Milli Məclisin bu qanun layihəsini çox qısa müzakirələrdən sonra qəbul etdiyini deyən İ.Əhmədovun sözlərinə görə, ölkəyə böyük neft pullarının daxil olmağa başladığı 2005-ci ildən start götürən bu təcrübə hər il təkrar olunur: «MBQ hesab edir ki, bu ənənənə effektiv büdcə işi, xüsusilə də, peşəkar büdcə proqnozlaşdırılması baxımından normal qiymətləndirilə bilməz». İ.Əhmədov hesab edir ki, 2008-ci ilin büdcə gəlirlərinə edilən 3091 mlyon manatlıq artımın 2700 milyon manatını bilavasitə AR Dövlət Neft Fondundan edilən transferlər təşkil edib: «Büdcə gəlirləri artımının qalan 391,5 milyon manatı isə əsasən 3 vergi üzrə daxil olmaların payına düşür ki, bunlar da neft gəlirləri hesabınadır. Narahatlıq yaradan məqam odur ki, hökumət vergilər şəkilində büdcəyə çatası vəsaiti tam səfərbər edə bilmədiyi halda ARDNF-nin transferlərini gen-bol istifadə etməkdən çəkinmir»,

Ekspert Rövşən Ağayev isə çıxışında «Büdcə sistemi haqqında» qanunun pozulmasından danışıb: «Sözügedən qanunun 12-ci madddəsi hökumətin müzakirə məqsədi ilə dövlət büdcəsiylə əlaqədar MM-ə təqdim etməli olduğu sənədlərin siyahısını müəyyənləşdirməlidir. Həmin siyahıda əks etdirilən iki mühüm sənəd – büdcə layihəsinə dair izahat və dövlət investitsiya proqramı layihələri – bu dəfə də parlamentə təqdim olunmayıb. Təklif olunan xərc artımının 58,2 faizi və ya 1484 milyon manatının məhz investisiya layihələrinin reallaşdırılmasına yönəldildiyi nəzərə alınaraq, bu iki sənədin deputatlara paylanmasının xərclərin şəffaflığına və səmərəli istifadəsinə nəzarətin təmin edilməsi baxımından son dərəcə əhəmiyyətli olması qeyd edilməlidir»- deyə, R. Ağayev bildirib.

Tədbirdə millət vəkili Pənah Hüseynov, müstəqil ekspert Oqtay Haqverdiyev və digər şəxslər iştirak ediblər.

Gülnaz Qənbərli /ANS PRESS/

 

 

Bir şərh yazın