Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

Büdcə vəsaitləri hesabına ipoteka kreditlərinin verilməsinə ilin ikinci yarısında başlanacaq

Posted by maliyye May 16, 2008

Büdcə vəsaitləri hesabına ipoteka kreditlərinin verilməsinə ilin ikinci yarısında başlanacaq

Kreditə ev almaq istəyənlər borca görə ən yaxşı halda 14 faiz ödəyəcəklər

Büdcə vəsaitləri hesabına ipoteka kreditlərinin verilməsinə ilin ikinci yarısında başlanacaq. Amma adi ipotekaya dəyişikliklər olacaq. Bubarədə Milli Bankın rəhbəri Elman Rüstəmov belə deyib. O bəyan edib ki, kreditlərin faizi mərkəzi bankın uçot

dərəcəsindən aşağı olmayacaq. Başqa sözlə, kreditə ev almaq istəyənlər borca görə ən yaxşı halda 14 faiz ödəyəcəklər: «İpotekanı yüngülləşdirmək yox, bütövlükdə makroiqtisadi situasiyanı sabitləşdirmək, inflyasiyanı aşağı endirmək, bundan asılı olaraq faiz dərəcələrini aşağı salmaq, xarici mənbələrdən ucuz resurslar tapıb gətirmək və bununla da tədriclə ipoteka faizinin aşağı salınması proqramının qəbul olunması lazımdır».

Xatırladaq ki, bundan əvvəl sosial ipoteka kreditlərini 4, adi ipoteka kreditlərini isə illik 8 faizlə götürmək mümkün idi. İpoteka kerditlərinin dayandırılmasına gəlincə isə, bu, vəsait çatışmazlığı ilə bağlı idi. Hələlik isə ölkə bankları ipoteka kreditlərini öz pulları hesabına verir. Yerli banklardan kreditləri 14-18 faizlə götürmək olar. Ekspertlər isə belə faiz dərəcəsi ilə gənc ailələrin ev almaq iqtidarında olmadığını bildirirlər.

İqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, əgər hər hansı bir vətəndaş 25 il müddətinə 50 min manatlıq ipoteka rediti götürsə, bu, o deməkdir ki, həmin vətəndaş ay ərzində 700 manat ipoteka krediti üçün ödəniş etməlidir: «Nəzərə alsaq ki, 700 manat orta aylıq əmək haqqından təxminən 3 dəfə çoxdur və belə olan halda, artıq kommersiya şərtləri ilə təklif olunan ipoteka kreditləşməsi gənc ailələrin maraqlarına cavab verə bilməz. Gənc ailələrin gəlirləri imkan vermir ki, onlar ayda yalnız ipoteka kreditləşməsi üçün 700 manat vəsait ödəsinlər».

Evlərin qiymətinə gəlincə, tələbat az olsa da, qiymətlər artır. Ekspertlər hesab edirlər ki, bu ilin sonunadək evlərin qiymətləri təxminən 20 faiz bahalaşacaq. İndi torpaq sahəsi alıb ev tikdirmək də ailələrə baha başa gəlir. Çünki tikinti materialları ilə torpaq sahələrinin qiyməti paralel artır.

Xatırladaq ki, bu il ipoteka kreditləşməsi üçün büdcədən 35 milyon manat ayrılıb. Bu vəsaitin 23 milyon manatı indiyədək verilmiş kreditlərin təkrar maliyyələşməsinə sərf olunacaq. Bu pulun 1 milyon manatı Naxçıvan Muxtar Respublikasının vətəndaşlarına, yerdə qalanı isə Bakı və digər regionların vətəndaşlaına təklif olunacaq. /ANS TV/

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: