Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

Avropada inflyasiya sürətlənir

Posted by maliyye İyun 17, 2008

Avropada inflyasiya sürətlənir

Mayda Avrozona ölkələrində qiymət artımı tempi aprellə müqayisədə 0,1 faiz artıb

Avropada inflyasiya sürətlənir. May ayında Avrozona ölkələrində qiymət artımı tempi aprel ayı ilə müqayisədə 0,1 faiz artaraq, 3,7 faizə çatıb. Bu isə Avropa Mərkəzi Bankının aylıq inflyasiya proqnozundan demək olar ki, 2 dəfə çoxdur. Ekspertlər bahalaşmanı əsasən dünya bazarında neftin qiymətinin artması ilə izah edirlər.

Statistika Komitəsi «Evrostat»ın yaydığı məlumatlara əsasən, may ayında Avropa məkanına daxil olan 15 ölkədə qiymət artımı illik 3,7 faiz təşkil edib. Beləliklə, bundan əvvəlki rekord qiymət artımı isə 3,6 faiz idi. Aprel ayında o qədər də böyük olmayan qiymət artımı may ayında sıçrayışla müşahidə olunub. Əvvəllər olduğu kimi, inflasiyanı ərzaq və neftin qiymətinin artması sürətləndirib. Bu müddət ərzində yanacaq 13,7 faiz, ərzaq məhsulları isə 6,4 faiz bahalaşıb. Buna cavab olaraq avropalılar məvaciblərinin artırılmasını tələb edirlər. Avropa Komissiyası isə bu yolu təhlükəli hesab edir. Sözügedən qurumun rəsmisi Amaliya Torres son dərəcə diqqətli olmağı tövsiyə edir.

Onun sözlərinə görə, yalnız bu yolla problemi aradan qaldırmaq olar. Amaliya Torres hesab edir ki, məvaciblər inflasiya səbəbindən artırılsa, daha ciddi problemlər yarana bilər. Hadisələrin bu cür inkişafı çox çətin ki, Avropa zəhmətkeşlərinin maraqlarına cavab verə bilər.

Mütəxəssislər neftin qiymətinin 140 dollara çatmasından sonra yayda ərzaq məhsullarının qiymətində bahalaşmanın dayanmayacağını proqnozlaşdırır. Avropa Mərkəzi Bankı tərəfindən region üçün müəyyən edilmiş 2 faizlik inflyasiya artıq keçmişdə qalıb. İnflasiyanın hazırkı səviyyəsi proqnozları xeyli üstələyir. Elə buna görə də analitiklər hesab edirlər ki, iyulun 3-də Jan Kloud Trişenin rəhbərlik etdiyi qurum kreditlər üzrə faiz dərəcələrini artıracaq.

Avropa Mərkəzi Bankında bəyan edirlər ki, qurumun əsas məqsədi, yüksək dərəcələr Avropa məkanındakı iqtisadi inkişafı üstələsə də, inflasiya ilə mübərizə aparmaqdır.

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: