Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

Aztəminatlı ailələrin ünvanlı sosial yardım alması asanlaşacaq

Posted by maliyye May 15, 2008

Aztəminatlı ailələrin ünvanlı sosial yardım alması asanlaşacaq

Bu barədə Milli Məclisin sosial siyasət məsələləri üzrə daimi komissiyasının sədri Hadı Rəcəbli bildirib

«Azərbaycanda aztəminatlı ailələrin ünvanlı sosial yardım alması asanlaşacaq». Bu barədə Milli Məclisin sosial siyasət məsələləri üzrə daimi komissiyasının sədri Hadı Rəcəbli bildirib. H.Rəcəblinin sözlərinə görə, bununla bağlı edilən dəyişikliklərdən biri yardımın verilməsi üçün sənədlərin qəbulu proseduru ilə bağlıdır.

Belə ki, vətəndaşın unvanlı yardım almaq üçün ayın hansı günündə müraciət etməsindən asılı olmayaraq, yardım həmin ayın 1-dən təyin olunacaq. 2-ci dəyişiklik isə, unvanlı sosial yardım alan şəxslərin təqdim etdikləri sənədlərinin müddəti ilə bağlıdır. Əvvəllər sənədlər hər 6 aydan bir dəyişdirilirdisə, yeni dəyişikliklərdən sonra bu müddətin 1 ilədək uzadılması gözlənilir. Bundan başqa, unvanlı sosial yardımın məbləğinin azaldılması və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə məlumat verilmədiyi təqdirdə, həmin ailə 2 il müddətində yardım almaq hüququndan məhrum edilirdisə, yeni qaydalarda həmin müddətin 1 ilə qədər azaldılması nəzərdə tutulub. Komissiyada hesab edirlər ki, ailə üzvünün təsadüfi səhlənkarlığı ucbatından həqiqətən aztəminatlı olan ailənin 2 il müddətində unvanlı sosial yardımdan məhrum edilməsi düzgün deyil.

 www.anspress.com

 

3 Cavab to “Aztəminatlı ailələrin ünvanlı sosial yardım alması asanlaşacaq”

  1. Aygun said

    Salam.Men Ibrahimiva Aygun 2 usaq anasiyam.qizimin 4,oqlumun ise 3 yasi var.Islemirem.Yoldasim Ibrahimov Rovsende islemir.Hec birimizin adina ev yoxdur.Veziyyetim cox cetindir.Sizden artiq derecede xahis edirem mene yardim gosteresiniz.

  2. fuad said

    salam, bizimaile iyul ayidan sosial yardim alir, iyul avqust aylari kocurulub ,sentyabir ne vaxt kocurulecek? sentiyabir ayni alanlar var.

  3. konul said

    salam manim adim konuldur.bir qizm var.yoldasimda manda issizik.evimizda yoxdu komak edin.ganca.

Bir şərh yazın