Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

Archive for the ‘Iqtisadi Melumatlar’ Category

Bloqçular arasında oyun

Posted by maliyye May 5, 2008

 

1-Adın ve Soyadın: Yüksəl İmanov

2-Təvəllüdün: 17/11/1988

3-Nə ile məşğulsan (sənet, peşə..) ? ADİU 2 kusr tələbəsi

4-Harada yaşayırsan və hansı şəhərdə yaşamaq istərdin? Bakıda yaşayıram, Londonda yaşamaq istərdim

5-Yaşam fəlsəfənizi təşkil edən sözərden, cümlələrdən biri? Heçkimə güvənmək lazım deyil.

6-Senin üçün blog nədir? Blog, həvəskar və peşəkar insanların informasiya mübadiləsidir.

7-Həyatında nə qədər və necə bir yer tutur? Önəmlidir,

8-Nəyə görə blog yazırsan? Öz biliyimi və informasiyamı artırmaq üçün.

Men Mayısı Musayevi dəvət edirəm.

 

Posted in Iqtisadi Melumatlar | 3 Comments »

Dünyanın en bahalı brilliantı

Posted by naxchiboy Fevral 22, 2008

center
101.27 karatlıq bu brilliant son 20 ildə satışa çıxarılacaq ən iri brilliantdır. Bu ilin 28 may tarixində Honqkonqda Christie’s auksionunda satışa çıxarılacaq. Bu ideal brilliantın start qiyməti 6 milyon dollar olacaq. 

Posted in Iqtisadi Melumatlar | 5 Comments »

Dünyanın en bahalı eşyaları

Posted by naxchiboy Fevral 18, 2008

center

10-cu yer. Michael Goretzky-nin velosipedi. Süret yığmaq ve rahat idareden ötrü, aerodinamik kabineye malikdir. 

Qiymeti: $14 000

Bu yazının qalanını oxu »

Posted in Iqtisadi Melumatlar | 4 Comments »

İNVESTİSİYA

Posted by maliyye Fevral 3, 2008

İNVESTİSİYAMüəyyən bir dövrdə bir iqtisadiyyatda mövcud sərmayə malları və təchizat tədarükünə edilən xalis əlavəyə investisiya deyilir. Bir iqtisadiyyatın məlum vaxtda məlum sərmayə malları və təchizat tədarükü mövcuddur.Məsələn, bir ölkənin dəmiryolları, yolları, hava limanları, su anbarları, enerji nəql xətləri, gəmiləri, təyyarələri, zavodları, zavodların içindəki bütün maşın, alət və təchizatları, binaları və bənzərləri həmin ölkənin sərmayə mallarını və təchizat tədarükünü təşkil edir. Fərz edək ki, bir ölkənin mövcud sərmayə malları və təchizatı 1996-cı ilin əvvəlində 900 milyard dollardırsa və illik amortizasiya payı 10%-dirsə, 1996-cı ilin sonunda mövcud sərmayə malları və təchizatının dəyəri 810 milyard dollar olacaqdır. Əgər həmin il ərzində yalnız 90 milyard dollar investisiya qoyulubsa buna iqamə (yerləşdirmə) investisiyası deyilir. Çünki bu miqdar ancaq amortizasiyaya məruz qalan və köhnələn qismi qarşılamağa kifayət etməkdədir.Şübhəsiz 1996-cı ildə qoyulan investisiya 90 milyarddan az, yəni köhnələn qismi qarşılamayacaq miqdarda ola bilər. Onda bu vəziyyətdə mənfi investisiya məvhumu ilə qarşılaşırıq. Bu yazının qalanını oxu »

Posted in Iqtisadi Melumatlar | 1 Comment »

Girov kağızı haqqında

Posted by maliyye Yanvar 31, 2008

Ə S A S N A M Ə 

I. Ümumi müddəalar 1.1 Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Qiymətli kağızlar haqqında”, ”Girov haqqında” qanunlara, Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1999-cu il tarixli 161 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında» Əsasnaməyə və habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına müvafiq hazırlanmış və Azərbaycan Respublikasında əmlakın və hüquqların girovunun qiymətli kağızlarla rəsmiləşdirilməsi, onun tərtib edilməsi və qeydiyyatı qaydalarını müəyyən edir.1.2 Azərbaycan Respublikasında əmlakın və hüquqların girovunun qiymətli kağızlarla rəsmiləşdirilməsinin dövlət qeydiyyatını və həmin qiymətli kağızların dövriyyəsinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (bundan sonra – QKDK) həyata keçirir.

II. Əmlakın və hüquqların girovunun qiymətli kağızlarla rəsmiləşdirilməsi qaydası

2.1 Əmlakın və hüquqların girovu ilə təmin edilmiş öhdəliklər üzrə girovsaxlayanın hüquqları girov kağızının tərtibi ilə rəsmiləşdirilə və təsdiq edilə bilər.

2.2 Girov kağızı – girovqoyanla (o borclu deyilsə), həm də borclu ilə girovsaxlayan arasında əmlakın və hüquqların girova qoyulmasını və bundan irəli gələn hüquq və öhdəlikləri təsbit edən adlı sənədli qiymətli kağızdır.

2.3 Girov kağızının blankı bu əsasnaməyə 1№-li əlavədə göstərilmiş vahid nümunədə QKDK-dan bütün növ qiymətli kağızların blanklarının hazırlanması fəaliyyətinə xüsusi razılıq (lisenziya) almış hüquqi şəxslər tərəfindən çap edilir. Girov kağızının blankının ən azı üç qoruyucu xüsusiyyəti olmalıdır.

2.4 Girov kağızı üzrə müddətli hüquq yalnız onun qüvvədə olma müddəti bitənədək girov predmeti ola bilər.

2.5 Girov ilə tə’min olunmuş öhdəliklər üzrə borclu və girovqoyan girov kağızı üzrə cavabdeh şəxslərdir. Borclu və girovqoyan həm eyni, həm də ayrı şəxslər ola bilər.

2.6 Girov ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, girov kağızında onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtlər göstərilməlidir.

2.7 Girov ilə tə’min olunmuş öhdəliklər üzrə borc (tələb sahibinin razılığı ilə) başqasına keçdikdə və girovun yeni borcluya aid edilməsinə dair girovqoyanın razılığı olduqda belə razılaşma əvvəlki girov kağızını ləğv etməklə və müvafiq dəyişiklikləri nəzərə almaqla yeni girov kağızının verilməsi yolu ilə yerinə yetirilir.
Bu halda girovsaxlayan QKDK-ya, girovun dövlət reyestrində dəyişikliklərin edilməsi barədə əlavə qeydiyyat ərizəsi ilə birgə əvvəlki və yeni tərtib olunmuş girov kağızını da verməlidir. QKDK yeni girov kağızı ilə təsbit edilmiş girovu əlavə qeydiyyata aldıqdan sonra qanuni sahibinə – girovsaxlayana təqdim edir.

2.8 Əvvəlki girov kağızının ləğv edilməsi onun üzərində iki paralel xətt çəkməklə və xətlər arasında «ləğv edilmişdir» sözləri yazmaqla və girovun dövlət reyestrində müvafiq qeyd etməklə həyata keçirilir.

III. Girov kağızının məzmunu

3.1 Girov kağızının üzərində aşağıdakılar əks etdirilməlidir:

a) sənədin (müqavilənin) adı olaraq “girov kağızı” sözü;
b) girov kağızının nömrəsi və seriyası;
v) tərəflərin (girovqoyan, borclu və ilk girovsaxlayan) adı, ünvanı, hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin VÖEN-i, girovqoyan və borclunun imzaları;
q) girov müqaviləsi və icrası girov ilə tə’min edilən öhdəlikləri rəsmiləşdirən müqavilələrin adı, tarixi, tərtib olunduğu yer və ya girov ilə tə’min edilən öhdəliyin yaranmasına səbəb olan digər əsas;
d) girov ilə tə’min edilmiş öhdəliyin məbləği və faiz dərəcəsi (əgər faiz nəzərdə tutulubsa), yaxud həmin anda bu məbləğin və faizin müəyyən edilməsinə imkan verən şərtlər;
e) girov ilə tə’min edilmiş borc öhdəliyi məbləğinin ödənilməsi müddətinin göstərilməsi, əgər bu məbləğin ödənilməsi hissə-hissə yerinə yetirilməsi nəzərdə tutulursa, onda hər bir müvafiq ödənişin müddətləri və ödənişin məbləği, yaxud bu məbləğlərin miqdarını və ödəniş müddətlərini müəyyənləşdirməyə imkan verən şərtlər (borcun ödənilməsi planı);
j) girova qoyulmuş əmlakın və ya hüququn adı, yeri və təsviri;
z)girov predmetinin girovqoyana məxsusluğunu təsdiq edən hüquqi sənədin adı və bu hüququ qeydiyyata almış orqanın adı, dövlət qeydiyyatına alındığı yer və tarix, əgər girov predmeti girovqoyana məxsus icarə hüququdursa, icarə predmeti olan əmlakın və ya hüququn adı və icarə hüququnun qüvvədə olma müddəti;
i) girovun dövlət qeydiyyatına alınması anınadək girov predmetinin üçüncü şəxsin hüquqları ilə yüklü olmamasının göstərilməsi;;
k) ilkin girovsaxlayana verilmə tarixi.

3.2 Girov kağızında ötürücü yazılar və icra qeydləri ona bərkidilmiş əlavə vərəqdə davam etdirilə bilər.

IV. Girov kağızı ilə təsbit edilmiş girovun dövlət qeydiyyatı qaydaları

4.1 Girov kağızı ilə təsbit edilmiş girovun dövlət qeydiyyatı və əlavə dövlət qeydiyyatı «Bütün növ qiymətli kağızlarla girovun və qiymətli kağızlarla rəsmiləşdirilmiş borc öhdəliklərinin girovunun dövlət qeydiyyatına alınması» Qaydaları əsasında həyata keçirilir.

4.2 Girov dövlət qeydiyyatından keçirilərkən, girov kağızı tərtib edilmədikdə belə, girov müqaviləsində başqa qayda nəzərdə tutulmayıbsa dövlət qeydiyyatından keçmiş girov üzrə girovsaxlayan girov hüququnun qüvvədə olma müddətində öz hüquqlarını girov kağızı ilə rəsmiləşdirə bilər. Bu zaman girovsaxlayan ərizə ilə birlikdə, girovun dövlət qeydiyyatı barədə sənədin surətini, habelə doldurulmuş girov kağızını təsdiq etmək üçün QKDK-ya təqdim edir.

V. Girov kağızı üzrə hüququn ötürülməsi

5.1 Girovsaxlayan borclunun razılığı olmadan girov müqaviləsi üzrə öz hüquqlarını girov kağızı ilə başqa şəxsə bu şərtlə güzəşt edə bilər ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Girovsaxlayan tərəfindən təminatlı borc üzrə tələbin girov kağızı ilə başqasına keçirilməsi bu borca görə verilmiş girova da şamil edilir.

5.2 Qanunda və ya girov müqaviləsində başqa hal nəzərdə tutulmamışsa, yaxud tələbin keçməsinin iştirakçıları arasında başqa qayda razılaşdırılmamışsa girova şamil edilən təminatlı borc üzrə tələb başqasına keçdikdə girov kağızı üzrə girovsaxlayanın bütün hüquqları müvafiq surətdə həmin şəxsə keçir.

5.3 Təminatlı borc üzrə tələbin və girovun yalnız bir hissəsinin başqasına keçdiyi halda yeni girovsaxlayan əvvəlki girovsaxlayanla birlikdə köçürülən təminatlı borcun məbləği qədər bu girov üzərində hüquqa və girov kağızı üzrə verilən bütün hüquqlara malik olur.

5.4 Girov kağızı üzrə hüququn ötürülməsi, onun arxa tərəfində başqa şəxsin xeyrinə girov kağızının sahibi tərəfindən ötürücü yazının yazılması yolu ilə edilir və bundan sonra girov kağızı həmin şəxsə verilir.
Ötürücü yazıda girov kağızı üzrə hüquqların ötürüldüyü şəxsin adı dəqiq və tam şəkildə göstərilir. Girov kağızında yazılan ötürücü yazıda bu məlumatlar olmadıqda, və ya tələb edilən şəkildə yazılmadıqda, bu ötürücü yazı əhəmiyyətsiz hesab edilir.
Ötürücü yazı girov kağızının sahibi tərəfindən imzalanmalıdır. Girov kağızının sahibi girov kağızını ötürücü yazı ilə ötürdükdə bu barədə müvafiq məlumatı 3 iş günündən gec olmayaraq QKDK-ya qiymətli kağızlarla bağlı girovun rəsmi reyestrinə daxil edilməsi üçün verməlidir.

5.5 Girov kağızı üzrə hüquqlar girovqoyan və borclunun xeyrinə ötürülə bilməz. Bu məhdudiyyət banklararası kredit bazarında iştirakçılar tərəfindən alınmış qısa müddətli kreditlərin təminatı olaraq, Dövlət Qısamüddətli İstiqrazların girova qoyulmasının girov kağızı ilə rəsmiləşdirilərkən bu girov kağızı üzrə hüquqların ötürülməsinə şamil edilmir.
5.6 Girovsaxlayanla başqa şəxs arasında bağlanmış müqavilə üzrə öhdəliyin təminatı məqsədilə girov kağızı girov qoyula bilər. Girov kağızı girovun predmeti kimi çıxış etdikdə, onun girova qoyulması girov kağızı ilə rəsmiləşdirilə bilməz. Girov kağızının girovunun dövlət qeydiyyatı müvafiq qaydalara uyğun həyata keçirilir.

VI. Girov kağızı üzrə hüququn həyata keçirilməsi və öhdəliyin icrası

6.1 Borc öhdəliyinin tamamilə icrasından 3 iş günü ərzində girovsaxlayan bu barədə müvafiq qeyd etməklə girov kağızını, girov hüququna xitam verilməsi üçün əlavə qeydiyyat ərizəsini və rüsumun ödənilməsi barədə sənədi QKDK-ya verməlidir. QKDK mövcud qaydalara uyğün olaraq girovun əlavə qeydiyyatını həyata keçirir.

6.2 Borc öhdəliyi borclu tərəfindən hissə-hissə icra edilirsə, girovsaxlayan bu barədə girov kağızında müvafiq qeyd aparır.

VII. Məsuliyyət

7.1 Bu Əsasnaməni pozan şəxslər qanunvericiliyə müvafiq surətdə məsuliyyət daşıyırlar.

VIII.Əsasnamənin qüvvəyə minməsi

8. 1 Bu Əsasnamə imzalandığı gündən qüvvəyə minir.

Posted in Iqtisadi Melumatlar | Leave a Comment »

AZERBAYCANDA KREDİT SİSTEMİ

Posted by maliyye Yanvar 31, 2008

AZƏRBAYCANDA KREDİT SİSTEMİ

Azərbaycanda kredit sistemi Milli Bank və kredit təşkilatlarından ibarətdir. Bu sistemin ən mühüm tərkib hissəsi Milli Bankdır. Kredit təşkilatlarına isə banklar və qeyri-bank kredit təşkilatları aiddir.

Bank və onunla əlaqədar olan bəzi anlayışlara nəzər yetirək:

“Kredit təşkilatı” – bank, xarici bankın yerli filialı və ya bank olmayan kredit təşkilatıdır.

Bank – fiziki və hüquqi şəxslərin pul vəsaitini depozitə cəlb etmək, həqiqi vəsaiti müddətlilik və faizlə geri qaytarmaq şərtilə öz adından və öz hesabına yerləşdirmək, fiziki və hüquqi şəxslərin hesabını açmaq və aparmaq əməliyyatlarının məcmusunu həyata keçirmək üçün müstəsna hüquqa malik kredit təşkilatıdır.

Bank holdinq şirkəti – bank lisenziyasına malik bir və ya bir neçə törəmə bankı olan, fəaliyyəti baş ofisinin yerləşdiyi ölkənin bank tənzimləməsi orqanları tərəfindən tənzimlənən və nəzarət olunan şirkətdir.

Törəmə bank – nizamnamə kapitalında səsvermə hüququ verən səhmlərin əllidən çox faizi təsisçi banka və ya bank holdinq şirkətinə məxsus olan bankdır, yaxud elə bankdır ki, onunla təsisçi bank və ya bank holdinq şirkəti arasında bağlanmış müqaviləyə əsasən təsisçi banka və ya bank holdinq şirkətinə onun qərarlarının qəbul edilməsinə mühüm təsir göstərmək imkanı verilir.

Bankın filialı – hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri üçün bankın özünün məsuliyyət daşıdığı, banka icazə verilmiş bank fəaliyyətinin hamısını və ya bir hissəsini həyata keçirə bilən bankın ayrıca bölməsidir.

Bankın şöbəsi – hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri üçün bankın özünün məsuliyyət daşıdığı, onun respublika ərazisində depozitlər cəlb edən və/və ya köçürmə, hesablaşma-kassa əməliyyatları aparan ayrıca bölməsidir.

Bankın nümayəndəliyi – hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, bank fəaliyyəti ilə məşğul olmağa hüququ olmayan, yalnız onun mənafelərini təmsil və müdafiə edən bankın ayrıca bölməsidir.

Bazar iqtisadiyyatına keçid dövründə banklar iqtisadiyyatın daha sürətlə inkişaf edən sahəsinə çevrilmişdir. Güclü maliyyə potensialına malik banklar olmasa, iqtisadiyyatı inkişaf etdirmək olmaz. Onlar ölkəmizin sosial-iqtisadi inkişafına maliyyə təminatı yaratmaqla iqtisadi islahatların reallaşmasında böyük rol oynaya bilərlər. Maliyyə etibarı ilə bankların başlıca funksiyası ölkənin iqtisadi inkişafına xidmət etməkdir.

Bank sistemi dedikdə, ayrı-ayrı bank və bank institutlarının məcmusu başa düşülür. Bank sistemi bazar iqtisadiyyatının ən vacib və ayrılmaz tərkib hissəsidir. Buna görə də bu sistem elə qurulmalıdır ki, iqtisadiyyatın bütün sahələrində maliyyə və natural məhsul axınını təmin etsin, onların tarazlığına şərait yaratsın. Bank sistemində hər hansı nöqsan iqtisadiyyatın  bütün sahələrində pis təsir göstərir.

Mənbə:

www.akademiya.net

Posted in Iqtisadi Melumatlar | 1 Comment »

İNVESTİSİYA

Posted by maliyye Yanvar 31, 2008

Müəyyən bir dövrdə bir iqtisadiyyatda mövcud sərmayə malları və təchizat tədarükünə edilən xalis əlavəyə investisiya deyilir. Bir iqtisadiyyatın məlum vaxtda məlum sərmayə malları və təchizat tədarükü mövcuddur.

Məsələn, bir ölkənin dəmiryolları, yolları, hava limanları, su anbarları, enerji nəql xətləri, gəmiləri, təyyarələri, zavodları, zavodların içindəki bütün maşın, alət və təchizatları, binaları və bənzərləri həmin ölkənin sərmayə mallarını və təchizat tədarükünü təşkil edir.

Fərz edək ki, bir ölkənin mövcud sərmayə malları və təchizatı 1996-cı ilin əvvəlində 900 milyard dollardırsa və illik amortizasiya payı 10%-dirsə, 1996-cı ilin sonunda mövcud sərmayə malları və təchizatının dəyəri 810 milyard dollar olacaqdır. Əgər həmin il ərzində yalnız 90 milyard dollar investisiya qoyulubsa buna iqamə (yerləşdirmə) investisiyası deyilir. Çünki bu miqdar ancaq amortizasiyaya məruz qalan və köhnələn qismi qarşılamağa kifayət etməkdədir.

Şübhəsiz 1996-cı ildə qoyulan investisiya 90 milyarddan az, yəni köhnələn qismi qarşılamayacaq miqdarda ola bilər. Onda bu vəziyyətdə mənfi investisiya məvhumu ilə qarşılaşırıq. Misalımızda, əgər 1996-cı ildə investisiya sadəcə 80 milyard dollar təşkil edərsə, onda həmin il üçün 10 milyard dollarlıq mənfi investisiyadan bəhs ediləcəkdir.

Diqqət edilərsə, başlanğıcda investisiyanı, bir iqtisadiyyatda mövcud sərmayə malları və təchizat tədarükünə edilən xalis əlavə kimi tərif etdik. Bu vəziyyətdə, yuxarıdakı misalımıza görə 1996-cı ildə investisiya qoyuluşundan danışmaq üçün investisiyanın 90 milyarddan çox olması vacibdir.

İnvestisiya məvhumunu bir də bu cəhəti ilə tədqiq etmək lazımdır. Əslində investisiya, investisiyaya hazır mənbələrin ya da fondların, sərmayə və təchizata çevrilməsi prosesidir.

Bildiyimiz kimi investisiyanın mənbəyi qənaətlərdir. Müəyyən dövrdə bir iqtisadiyyatda əldə olunan ümumi istehsalın ya da milli gəlirin nisbi olaraq əsas qismi istehlaka ayrılır, qalan qismi isə qənaət edilir. Kredit təşkilatlarına axan bu fondları təşəbbüskarlar investisiya qoymaq üçün götürür. İnvestisiya qoyanın gördüyü iş, investisiyaya hazır bu fondları xərcləyərək investisiya hadisəsini təşkil etməkdir.

Məsələn, fabrik qurulacaq ərazini alması, lazımi binaları inşa etməsi, istehsalı təşkil edəcək makina, alət və təchizatı alaraq quraşdırması və istehsalı təşkil edən bütün bu nizamı qurmasıdır. Təşəbbüskarın gördüyü bu işlər investisiya fəaliyyətləri adlanır. Bu işlər üçün həyata keçirdiyi xərclər isə investisiya xərcləridir. Bu xərclərin nəticəsində iqtisadiyyat, yeni və əlavə bir istehsalat həcmi qazanır. O halda investisiyaya hazır fondlar, investisiya prosesindən keçdikdən sonra sərmayə malları və təchizat tədarükünə çevrilir.

Bu izahlar da göstərir ki, investisiya məsələsinin bir neçə yönü var. Ancaq biz investisiya nəzəriyyəsi ilə əlaqəli apardığımız makro iqtisadi analizlərdə bir çox yönü olan investisiya məsələsinin xərclər yönü ilə maraqlanacaq, bir iqtisadiyyatda investisiya xərclərinin miqdarını müəyyənləşdirən faktorları izah etməyə çalışacağıq.

İqtisadiyyatda gəlir və məşğuliyyəti artıran əsas ünsür olan investisiya, məvhum kimi bəzi hallarda yanlış istifadə olunur. Məsələn, mövcud olan bir fabrikin, bir ərazi və ya tarlanın alınması xalq içində investisiya kimi tərif edilir. Əslində isə bu kimi xərclərdə, iqtisadiyyatda yeni bir istehsalat həcmi təşkil olunmur, sadəcə mövcud mal və xidmətlər əl dəyişdirir.

Mövzuya mikro səviyyədə baxsaq, bu hadisə fabriki alan firmaya görə bir investisiyadır. Ancaq makro səviyyədə düşündükdə, bu hadisəni yanlız fabrikin sahibinin dəyişməsi olduğunu görürük. Bunun kimi, daşınan dəyərlərin də alınması məsələsi investisiya sayılmır. Səhm, istiqraz alan adamın xərcləri də investisiya xərcləri deyil. Buna iqtisadi dildə plasman deyilir.

Plasman, məlum fondun məlum bir işə ayrılması mənasını daşıyır. Bunların alqı satqısı, iqtisadiyyatda mövcud istehsalat gücü üzərindəki mülkiyyət haqqının sahibinin dəyişməsindən başqa bir şey deyil. Məsələyə yenə mikro səviyyədə baxdıqda, hər hansı bir daşınan dəyəri alanın investisiya qoyduğunu düşünmək olar. Ancaq bu daşınan dəyərləri satan insan da eyni miqdarda mənfi investisiya qoymuş deməkdir. Belə olan halda ikisi bir-birini apardığı üçün makro baxımdan nəticə sıfıra bərabər olacaqdır.

Mənbə:

www.akademiya.net

Posted in Iqtisadi Melumatlar | Leave a Comment »

Müasir iqtisadi şəraitdə pul-kredit siyasətinin rolu və əhəmiyyəti

Posted by maliyye Oktyabr 30, 2007

SSRİ dağıldıqdan sonra Azərbaycan tam hüquqlu bir dövlət kimi dünya iqtisadiyyatına daxil oldu. Bu zaman dövlətin qarşısında duran ən əsas məsələlərdən biri də milli təsərüfatın idarə edilməsi idi. Ümumiyyətlə, keçid dövrü ölkələrində iqtisadiyyatın inkişafı iqtisadiyyatı tənzimləmə metodlarından birbaşa asılıdır. Bazar iqtisadiyyatlı ölkələrdə bu məqsədə əsasən pul-kredit siyasətinin köməyilə çatılır. Çünki, keçid dövrü ölkələrinin ən aktual problemi inflyasiyadır. Pul-kredit siyasəti də inflyasiyanın tənzimlənməsinin ideal metodudur. Ona görə də belə demək olar ki, pul-kredit siyasətinin keçirilməsi ölkəni iqtisadi böhrandan çıxmağa kömək edir. İEÖ-lərdə pul-kredit siyasəti daha aktiv formada tətbiq olunur. Tarixi olaraq bu siyasət iqtisadiyyatı idarə etmək üçün istifadə olunan ilk metodlardan biridir. Bu yazının qalanını oxu »

Posted in Iqtisadi Melumatlar | Leave a Comment »